Şeytana bu cür cavab verməyə çalışaq
Şeytanın hiylələri növbənövdür. Hər kəsi fərqli vasitələrlə aldadır. Çünki Şeytan hiyləgərdir, hər kəsin "dilini bilir", "açarını tapır", hərəni "lazımi yerdən vurur". Cavan-qoca, gözəl-çirkin, varlı-kasıb, alim-cahil, xəstə-sağlam, dindar-dinsiz... Hər kəs üçün Şeytanın öz hiyləsi, öz fitnəsi, öz vəsvəsəsi, öz bəhanəsi var. Şeytanın hiylələri növbənövdür. Hər kəsi fərqli vasitələrlə aldadır. Çünki Şeytan hiyləgərdir, hər kəsin "dilini bilir", "açarını tapır", hərəni "lazımi yerdən vurur". Cavan-qoca, gözəl-çirkin, varlı-kasıb, alim-cahil, xəstə-sağlam, dindar-dinsiz... Hər kəs üçün Şeytanın öz hiyləsi, öz fitnəsi, öz vəsvəsəsi, öz bəhanəsi var. Şeytan kiminin ürəyinə qara, çirkin, günah fikirlərlə girir, kiminə də öz insan cildli köməkçilərinin dili ilə təsir göstərir. Bəli, ətrafımızda o qədər şeytan dilli, şeytan fikirli insanlar var ki. Durmadan İblisin sınaqdan keçmiş hiylə və bəhanələrini dilə gətirir, beynimizi zəhərləməyə çalışırlar. Bunları qulaqardına vurmağı bacaranlar tapılsa da, təəssüf ki, çoxusu tələyə düşür. Gəlin, Şeytanın məkrli sözlərini bir daha yada salaq və vicdanın onlara verə biləcəyi, daha doğrusu, verməli olduğu cavabları da dinləyək. Bu cavablar Allaha doğru yönəlmiş mömin qəlbin, pak fitrətin cavablarıdır. Bu cavabları da eşidək ki, şeytani pıçıltılara qarşı içimizdən gələn səsləri eşidəndə onları susdurmayaq. Şeytanın birinci hiyləsi: "Cavanlığın qədrini bil. Namaz, oruc, hicab cavan işi deyil. Qocalanda bunları edərsən". Cavabı: Əvvəla, qocalıq vaxtına kimi yaşayacağına kimdən zəmanət almısan? Qəbristanlığa get, başdaşılarının üzərindəki tarixləri oxu. Sənin də onlardan birinə dönməyəcəyini haradan bilirsən? İkincisi, eşitməmisənmi, "daldan atılan daş topuğa dəyər", "sonrakı peşmançılıq fayda verməz". Həyatının ən gözəl dövrünü günaha, allahsızlığa sərf edəndən sonra artıq günah etməyə gücün və imkanın olmadığı zaman, qoca və zəif ikən ayılmağının nə faydası var? Bilə-bilə tövbəni təxirə salırsan, tövbə qapısı açıq ikən ona arxa çevirirsən. Bəs, sənin kefinə tövbə etmək düşdüyü gün bu qapının hələ də açıq olacağına yəqinin varmı? Şeytanın ikinci hiyləsi: "Allahın mərhəməti böyükdür, Allah bağışlayar". Cavabı: Əlbəttə, Allahın mərhəməti böyükdür və mömin bu mərhəmətə ümid bəsləməlidir. Amma Allahın mərhəmətindən sui-istifadə etmək də olmaz. Allahın mərhəməti böyükdür, amma hüdudsuz deyil, onun da həddi və sonu var. Allahın mərhəməti Onun ədalətini üstələməz. İlahi dərgahda heç kimin xatirinə heç kimin haqqı tapdanmaz. Bir zərrə yaxşılıq edən də əvəzini görəcək, bir zərrə pislik edən də əvəzini tapacaq. Şeytanın üçüncü fitnəsi: "Bu qədər günahdan sonra onsuz da sənə xilas yoxdur. Elə isə, ibadətin nə faydası var?" Cavabı: Özünütənqid yaxşı işdir, amma gərək həddi keçməsin. Ümidsizlik məhz şeytanın işidir, çünki onun qiyamətdə cəhənnəmə düşəcəyi qəti məlumdur. Allah ona yalnız məhşər gününə kimi möhlət verib. Amma şeytandan başqa hər kəsin öz günahlarını bağışlatdırma və cənnəti qazanma şansı var. Müsəlman həmişə ümidlə qorxu arasında olmalıdır. Allahın mərhəmətinə ümid onu yaşamağa həvəsləndirir. Allahın qəzəbindən qorxu isə onu qudurğanlıqdan qoruyur. Şeytanın dördüncü vəsvəsəsi: "Bir günahla heç nə olmaz". Cavabı: Özümüzü aldatmayaq. İnsan unutqan məxluqdur, etdiyi yaxşılığı həmişə böyük görür, etdiyi pisliyi isə kiçik və yüngül sayır. Mütəmadi olaraq "heç nə olmaz" deyə etdiyimiz tək-tək günahlar ömrümüzün sonunda üst-üstə yığılıb elə nəhəng bir yük əmələ gətirə bilər ki, o yüklə cənnətə yaxın düşməyimiz çətin olar. Unutmayaq, yaxşı işlər günahlarımızı yuduğu kimi, pis işlər də savablarımızı silir. "Əməl kisəsi"nə atdığımız savab buğdalarının çox olduğunu düşünürük. Amma unuduruq ki, bu kisənin içinə günah siçovullarını buraxan da özümüzük. Qiyamət günü kisənin ağzını açanda əlimizə keçən buğda gözlədiyimizdən qat-qat az ola bilər./islam.az/ (ardı var) nardaranpiri.com Oxşar xəbərlər
|