Şeytanın (lən) düşmənləri kimlərdir?
Mьəllif: admin1
Tarix: 22-01-2019, 23:09
Şeytanın (lən) düşmənləri kimlərdir?
Şeytanın (lən) dostları olduğu kimi, qatı düşmənləri də vardır ki, onları tanıyaq. Həzrət Peyğəmbər (s) şeytandan (lən) xəbər alır: “Mənim ümmətimdən sənin düşmənlərin neçə dəstədir?”. Məlun deyir: “22 dəstə. Mən onların əlindən əziyyət çəkirəm və ürəyim onların əlindən qanla doludur.

1. “Biri sən özünsən. Mənim ən qatı düşmənim - sənsən. Mən əvvəldən səninlə düşmən idim, sonra da olacağam. Sənin mənimlə olan düşmənçiliyin heç bir zaman sülh və səfaya çevrilməyəcəkdir”.

Həzrət Peyğəmbər (s) buyurur: “Mənimlə niyə düşmənsən?”. Şeytan (lən) deyir: “Ona görə ki, Qiyamət günü günahkarlara şəfaət edəcəksən, mənim zəhmətimi zay və ümidimi qət edəcəksən”.

2. “Əməl edən alim. O alim ki, öz elminə əməl edər, mənim düşmənimdir. Mən də onun düşməniyəm”. Həzrət Peyğəmbər (s) buyurur: “O alim ki, öz elminə əməl edər - şeytan üçün min abiddən də təhlükəlidir”.

3. “Quran hafizi – Quranı əzbər bilən. O kəs ki, Quranı öyrənər və əzbərləyər və orada gələn bütün göstərişlərə əməl edər – o, mənim düşmənimdir və mən də onun düşməniyəm”.

4. “Azan deyən. O kəs ki, beş zamanda azan deyər və şəhadətləri deyər, insanları yuxudan ayıldar və namaza diqqət etdirər”.

5. “Yoxsulların dostu. Bu, o kəslərdir ki, yoxsulları unutmurlar. Daima onları düşünürlər. Hər yerdə və hər bir şəraitdə onları müdafiə edirlər, həyatlarını təmin edirlər”.

6. “Yetimlərin dostları. O kəslər ki, yetimlərlə dost və mehribandırlar. Mehriban ata və ana kimi onlarla rəftar edirlər ki, yetimliyin əziyyətini hiss etməsinlər”.

7. “Mehriban insanlar. O kəs ki, Allah bəndələrinə qarşı ürəyi yanar və onlardan birinə dəyən ən kiçik zülmə görə narahat olarlar. Onu müdafiə edərlər”.

8. “Nəsihət verən. O kəs ki, Allah razılığı üçün insanlara nəsihət verər və Allah rizasından qeyrisi ürəyində olmaz”.

9. “Daima dəstəmazlı olan. O kəs ki, bütün hallarda dəstəmazlı olar və dəstəmazı pozulan kimi dəstəmaz alarlar”.

10. “Bağışlayan. O kəs ki, başqalarını öz malında şərik edər və malik olduğunun bir hissəsini məhrum olanlara hədiyyə edər və mal toplamaq fikrində olmaz”.

11. “Xoş xasiyyət. O kəs ki, insanlarla xoş rəftar olar. İnsanlarla gülərüzlə rəftar edər. Heç kəsə dili və başqa üzvləri ilə əziyyət verməz”.

12. “Qane olanlar. Bu, o kəslərdir ki, dünyada aza qane olarlar. Allah Təalanın onlar üçün təqdir etdiyinə razıdırlar”.

13. “İffətlilər. O kişi və qadınlar ki, iffətlidirlər. Ətəkləri fəsada bulaşmamışdır. Hər yerdə İslami geyimə riayət edirlər”.

14. “Ölümə hazır olanlar. O kəslər ki, daima ölümü düşünür və ona hazırdırlar. Axirəti heç bir zaman unutmurlar”.

15. “Salehlərlə yoldaş olanlar. O kəslər ki, salehlərin yanına gedib-gəlir, onlarla danışır və eşidir, yeməyi, yatmağı onlarladır”.

16. “Təvazökar insanlar. O kəslər ki, insanlar və Allah qarşısında təvazökardırlar”.

17. “Cavan abid. O cavan ki, dinə aşiqdir və Allah bəndəliyindən ləzzət alır”.
18. “O kəslər ki, nəfslərini haramdan saxlayıblar. O kəslər ki, Allahın halalını halal və haramını haram bilirlər”.

19. “O kəslər ki, din qardaşları olmayan zaman onlar üçün xeyir dua edərlər”.

20. “O kəslər ki, ata və analarına hörmət edər və ehtiram qoyarlar”.

21. “Adil padşah ki, insanlarla ədalətlə rəftar edər”.

22. “O oruc tutanlar ki, mallarının bir hissəsini çarəsizlərə bağışlayarlar.
(İslami saytlara istinadən)
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031