Ayətullah Xameneyi cənabları namazda qəlb hüzuru əldə etmək barədə
Mьəllif: admin1
Tarix: 23-07-2017, 10:26
Ayətullah Xameneyi cənabları namazda qəlb hüzuru əldə etmək barədə

Ayətullahul-üzma Seyyid Əli Xameneyi cənabları namazda necə qəlb hüzuruna malik olmağa dair tövsiyələr vermişdir. Onların bəzisinə işarə edək. 

Namazı diqqətlə qılmaq

"İnsan namazını diqqətlə qılsa, qəlb hüzuruna malik ola bilər. Qəlb hüzuru, yəni insan o şeyi ki, deyir və o şeyi ki, zehnindən keçirir, dilində səsləndirir, ondan qafil olmaz. Bu cür deyildir ki, başa düşməsin. Məsələn, mən indi sizinlə söhbət edirəm, siz qulaq asırsınız. İnsan başa düşür ki, bir qulaq asanı vardır. Ona qulaq asır. Namaz da bu cürdür.

Əgər kimsə namazın mənası belə bilmirsə, ancaq bilirsə ki, Allahla söhbət edir, bu hal onu yaxınlaşdırar. Bunun özü yaxınlaşmaqdır. Biz ki, onun mənasını bilirik, təfsirini bilirik, onun haqqında neçə kitab oxumuşuq, ancaq namaz qılan zaman yadımızdan çıxır ki, hansı işlə məşğuluq. Şairlərdən birinin dili ilə desək, Allahdan başqa namazda hər şey yadına düşər. İtirdiyini namazda taparsan".

Qəlb hüzuru əldə etməyi məşq edin

"Qəlb hüzuru və diqqət elə məsələdir ki, təmrinə ehtiyac duyur. O kəslər ki, bunu edib, bilirlər. Bizə öyrədirlər ki, insan gərək namazda özünü Aləmlərin Xaliqi və insanın bütün vücudunun Maliki olan Allahın hüzurunda hiss etsin. Namazda hər nə qədər bacarır, bu hala malik olsun. Hədislərin dili ilə desək, bu, qəbul olunan namazdır. O, öz təsirini göstərəcəkdir."

Allahın qarşısında namaz qılmaq

"Namaz həmin zikr və həmin həyat suyudur ki, insan qəlbinə bəxş edir. Namazı diqqətlə qılmaq, mənasına diqqət etmək, Allah qarşısında olduğuna diqqət etmək. Namazı belə qılın.

Namaza dayanan zaman yadınıza salın ki, Allah Təalanın qarşısında dayanmısınız. Onunla söhbət etməkdəsiniz. Namazda bu hala malik olmağa çalışın. Bu zaman namaz təsir qoyacaqdır. İnsanın qəlbini iksir kimi dəyişəcəkdir. İksir elə bir kimyəvi maddədir ki, misi qızıla çevirir. Qəlbimiz misdən də olsa belə, zikr iksiri onu qızıla çevirəcəkdir. Bu, çox mühümdür".


nardaranpiri.com
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930