Niyə insanlar Allaha şərik qoşurlar?
Allahı tanımaq fitri olsa da, bəzi insanların fikri cəhətdən müşrik olduqlarının şahidi oluruq. Buna görə də, belə bir sual meydana çıxır ki, görəsən insanın bu mənəvi xəstəliklə üzləşməsinə səbəb nədir?
Əgər bu xəstəliyin səbəbləri müəyyən olunsa, onun müalicə yolları da tapılar. Bu xəstəliyi bir neçə səbəblərlə əlaqələndirmək olar: 1) İnsan iki hissədən ibarətdir: ruhi və cismi hissə. Ruhi hissəni mənəvi, cismi hissəni isə maddi hissə də adlandırmaq olar. Belə ki, yaşadığımız aləm təbiət və maddi aləm olduğundan, insan yalnız maddiyyatı görür. İnsan daha çox maddi aləmlə təmasda olduğundan, təbiətin xaricindəki nemətlərdən qafil olur, maddi nemətlərdən ləzzət alaraq mənəvi ləzzətləri unudur. Nəticədə hər bir şeyin elə bu aləmdə olduğunu sanır və Allahı inkar edərək Ona şərik qoşur. Belələrinə Allahın varlığını sübut etmək istədikdə, cavabında: "Təbiətin özü elə Allahdır” - deyir. Beləliklə təbiəti Allaha şərik qoşur. 2) İnsanın Allaha şərikqoşma səbəblərindən biri də, əzəmətli şeylərlə üzbəüz olmasıdır. Belə ki, bu cür şeylərlə qarşılaşdıqda güman edirlər ki, bunlar qüdrət sahibidirlər və onları nəyinsə xaliqi sanırlar. Buna misal olaraq deyə bilərik ki, bəziləri külək əsməsi nəticəsində yağan yağışı gördükdə deyirlər ki, yağışı yaradan küləkdir və yaxud günəşin vasitəsilə bitkilərin inkişaf etməsində mütləq qüdrət sahibi günəş olduğunu sanırlar. Beləliklə bir neçə Allahın olmasına etiqad bəsləyirlər. Nəticədə deyirlər Yağış allahı, Bitki allahı və s. 3) Bəziləri maddi cisimlərin mahiyyətindən xəbərsiz olduqlarına görə onu qüdrət sahibi sanırlar. Məsələn elektrik cərəyanını götürək. Öldürücü xüsusiyyəti olmasına baxmayaraq, o, maddi bir şeydir və Allah bəndələrinin elmi inkişafı nəticəsində kəşf olunmuşdur. Amma bunun mahiyyətindən xəbərsiz olan bir qrup insan, onu qüdrət sahibi sanır və Ölüm allahı adlandırır. 4) Adətən insan, əlaqəsi birbaşa mümkün olan və gözlə görünə bilən şeylə əlaqə saxlayır. O, elə düşünür ki, əlaqə yalnız maddi şeylərlə mümkündür. Onların səhvi də elə burdan başlayır. Nəticədə maddiyyata qapılaraq Allahını unudur və digər maddi şeyləri özünə Allah edir. 5) Səbəblərdən demək olar ki, ən mühümü ictimai amildir, yəni insan təbliğ nəticəsində müşrük olur. Bu səbəb daha çox tağut rejimli dövlətlərdə özünü göstərir. Keçmiş Sovet ittifaqı bunun bariz nümunəsidir. Bu rejimin dağılmasından iyirmi il keçməsinə baxmayaraq, ateist fikirlərin təbliği nəticəsində indi də onun zəhərli təsirini cəmiyyətdə müşahidə edirik. Ona görə də, Tək olan Allaha inanc lazım və zəruridir ki, insanları doğru yola sövq etdirsin. Allahı and veririk vəd verdiyinə, tezliklə böyük İslam dövlətini yer üzündə bərqərar etsin. Amin! Oxşar xəbərlər
|