"Zira, söz, qaçan dəvə kimidir ki, bəziləri onu tapır bəziləri isə tapmırlar."
Bir kişi Əli (əleyhissalam)-ın hüzuruna gəlib xahiş etdi ki, imanı ona şərh və bəyan etsin... İmam (əleyhissalam) buyurdu: "Sabah mənim yanıma gəl, camaatın hüzurunda səni ondan agah edim ki, dediklərimi unutsan onda başqaları sənin üçün onları hifz edib saxlasın." "Zira, söz, qaçan dəvə kimidir ki, bəziləri onu tapır bəziləri isə tapmırlar." O günün sabahı oldu. İmam (əleyhissalam) camaatın arasına gəlib belə buyurdu: Səbr dörd sütun üzərində qərar tutub: 1-İştiyaq 2-Qorxu 3-Zöhd 4-İntizar İman da dörd sütun üzərində qərar tutub: 1-Səbr 2-Yəqin 3-Ədalət 4-Cihad Yəqin də dörd şöbədən ibarətdir: 1-Ayıqlığı görmək 2-Hikmət dəqiqələrinə çatmaq 3-Hikmətlərdən nəsihət almaq 4-Keçmişdəkilərin necə hərəkət etdiklərinə diqqət etmək. Ədalət də dörd şöbədən ibarətdir: 1-Anlamaqda diqqət 2-Elm və biliyin dərinliyinə varmaq 3-Düzgün mühakimə 4-Sabit və möhkəm helm Cihadın da dörd şöbəsi vardır: 1-Əmr be məruf 2-Nəhy əz münkər 3-Müharibə cəbhəsində sədaqət və düzgünlük 4-Fasiqlərlə düşmənlik və onlara qarşı kin... Bu tərtiblə İmam (əleyhissalam) tam inayət və diqqətlə adamların suallarına cavab verdi. Belə ki, Həzrət ictimai məsələlərə, insanların əxlaqi və əqidəti məsələlərinə çox ciddi əhəmiyyət verirdi. nardaranpiri.com Oxşar xəbərlər
|