Əmr be məruf və nəhy əz münkəri tərk etməyin aqibəti...
Mьəllif: admin1
Tarix: 9-08-2015, 10:55
Əmr be məruf və nəhy əz münkəri tərk etməyin aqibəti...

Əmr be məruf və nəhy əz münkəri tərk etməyin aqibəti haqqında “Kərbalada çaxan bir şimşək” kitabında müəllif imam Sadiq(ə) Əmirəl-möminin Əli(ə)-dan nəqlən buyurur:
“Allah-Taala iki mələyə bir şəhəri alt-üst etməyi əmr edir. Bəzən Allahın qəzəbi bu cür olur. Necə ki,Allahın əmri ilə mələklər Lut qövmünün yaşadığı şəhəri alt-üst etmişdilər. Allah bu şəhərin camaatına əzab vermək üçün iki mələk göndərir. Çünki, şəhərin sakinləri arasında fasiqliklərində həddən artıq inadcıl olan şəxslər var idi. Bu adamlar heç vəhclə tövbə etmir, günahlarından əl götürmürdülər. Həmin iki mələk şəhər camaatına əzab vermək üçün gələndə, görürlər ki, camaat arasında həddən artıq dua və ibadət əhli olan bir nəfər müqəddəs şəxsiyyət var. Mələklərdən biri digərinə deyir:” Mən belə ibadət əhli olan adama əzab verməyə cürət etmirəm, şəhəri onun başına uçura bilmərəm. Allahdan bir daha soruşaq, sual edək”. O biri mələk deyir:” Sən vəzifəni icra et!” Əvvəlki mələk deyir:” Qorxuram, Allahın əmri dəyişsin. ” " Bəlkə mələk düşünüb ki, Allahın əzab vermək əmri alınanda bu adam hələ tövbə etməmişdi. Mümkün idi ki,əmrin verildiyi vaxt ərzində həmin abid də tövbə etsin. Bir daha deyir:
"Bəlkə əmr dəyişdirilib,Yenidən soruşmağın eybi yoxdur.” Ona görə də həmin mələk qayıdıb Allaha xitab edirki, mən əmrinizi icra etmək üçün həmin şəhərə getdim, amma camaat arsında ibadət və duaya məşğul bir nəfər abid gördüm. Təklifə əməl etməliyəm, yoxsa əmr dəyişdirilmişdir? Allah buyurur:
"Əmr öz qüvvəsində qalmaqdadır,gedin şəhəri viran edin!"
Daha sonra Allah-Taala mömin abidin də olduğu şəhəri bütövlükdə əzaba düçar etməsinin səbəbini açıqlayır:
" Düzdür ki,bu adam ibadət və dua əhlidir,amma heç vaxt üzünün rəngi mənə görə bozarıb,qeyzlənib,dəyişməyibdir.Yəni,bu şəxs şəhər əhlinin günah etdiyini gördüyü halda, çöhrəsində etiraz əlaməti olaraq qəzəb,narazılıq,görünməyibdir.Mənə görə qəzəblənib,etiraz etmədiyi üçün digər camaatla birlikdə ona da əzab olunmalıdır.”
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031