Bərzəx aləminin təsir gücü və qəbir sahibinin dəvəti
TƏSİR GÜCÜ Bərzəx aləminin bu fani dünyadan üstünlüklərindən biri orada tə”sir gücünün böyüklüyüdür. Ali hikmətdə hamıya deyiləsi olmayan bir həqiqət vardır ki, bu həqiqətə yalnız işarə edib, ötürük. (Dərk edən və dərk olunan lətif, qeyri-maddi olduqca idrak da güclənir). Dünyadakı meyvələr, şirnilər onlardan aldığımız ləzzət bərzəx aləminin meyvə, şirni, ləzzətlərinin bir damlasıdır. Deyilənlərin əsli isə bərzəxdədir. Əgər hurül-eynin surətindən bir qədər açılarsa, gözlər qamaşar. Əgər huri bu dünyada görünsə, nuru günəşi kölgədə saxlayar. Bəli, mütləq cəmal oradadır. Rəbbimiz Qur᾽anda buyurur: “Biz yerdə olanları ona zinət qərar verdik. Bir zinət ki, imtahan üçündür.” (18-ci surə, 6-cı ayə) Bəli, kiçik böyükdən, uşaq aqildən seçilsin, bu oyuncağa kimin sevindiyi bilinsin. Bütün bunlara aldanmayan şəxsləri həqiqi ləzzət, gerçək cəmal, doğru səadət gözləyir. QƏBİR SAHİBİNİN DƏ”VƏTİ Beləcə, bərzəx aləmində tə”sir gücü, tə”sir qüvvəsi bu dünyadakı tə”sirlərə müqayisə olunası deyil. Bə᾽zən bu dünya sakinlərinin qarşısına mövzumuzla əlaqəli nümunələr çıxır ki, başqaları üçün ibrət olsun. Mərhum Nəraqi “Xəzain”də, inanılmış səhabəsindən belə nəql edir: “Mən cavanlıq dövründə, İsfahanda Novruz bayramı münasibətilə atam və dostlarımla gəl-get edirdik. Çərşənbə axşamı dostlardan biri ilə görüşə getdik. Onun mənzili qəbirstanın yaxınlığında olurdu. Azca dincəlmək və dünyasını dəyişənləri ziyarət etmək üçün yolüstü qəbirstanlığa döndük. Oturduğumuz yerdə dostlardan biri zarafata üzünü bir qəbirə tutub dedi: “Ey qəbir sahibi, Novruz bayramıdır”? Qəfildən bir səs ucaldı: “Gələn çərşənbə axşamı hamınız mənə qonağsınız.” Dəhşətə gəldik. Fikirləşdik ki, yə”qin gələn çərşənbə axşamınadək ölüm bizi haqlayacaq. İşlərimiz sahmanlayıb, vəsiyyətimizi etsək də ölümdən bir xəbər çıxmadı. Deyilən gün bir az günortadan ötmüş toplaşıb, fikirləşdik ki, həmin qəbirin üstünə gedək. Bəlkə heç məqsəd bizim ölümümüz deyilmiş. Qəbirə yetişəndə aramızdan bir nəfər dilləndi: “Ey qəbir sahibi, öz və”dənə əməl et”! Bir səs ucalıd ki: “Buyurun”! (bə᾽zən ibrət xatirinə Allah bərzəxin görünməsi üçün gözlərdən pərdələri götürər). Gözlərimizin önü dəyişdi. Məlakuti (bəsirət) gözlərimiz açıldı. Son həddə təravətli, səfalı bir bağ göründü. Bu bağda nəhrələrdən saf sular axırdı. Ağaclarda bütün fəsillərə məxsus, növbənöv meyvələr vardı. Bu ağaclarda xoşsəsli, növbənöv quşlar oxuyurdu. Son həddə zinətli bir imarət bu bağın ortasında idi. İmarətə daxil olduq. Nəhayət həddə gözəl bir şəxs əyləşmişdi. Bizi görüb ayağa qalxdı, üzr istədi. Dünyada görüb təsəvvür etmədiyimiz ne᾽mətləri orada müşahidə etdik. Oxşar xəbərlər
|