Zühurdan əvvəlki dünyaya bir baxış
Mьəllif: admin1
Tarix: 29-11-2021, 20:32
Zühurdan əvvəlki dünyaya bir baxış

Biz insanlar işıqlıqda olarkən onun necə əhəmiyyətli olduğuna çox da varmırıq. Yalnız qaranlığa düşərkən nurun həqiqi dəyəri haqqında düşünürük.

Yer kürəsi üzərində günəş öz şüaları ilə dünyanı işıqlandırarkən bir o qədər də onun olub-olmaması barədə düşünməyə vaxtımız belə olmur, lakin buludlar arxasında gizlənib şüalarını bizdən əsirgəyəndə, həyatımızda oynadığı rolu dərk edə bilirik. Beləliklə də, vilayət günəşinin əhəmiyyətini, onun zühurundan öncəki qarmaqarışıqlıq, nizam-intizamsızlıq, maddi-mənəvi, psixoloji və s. cəhətdən baş vermiş streslər, gərginliklər, depressiyalar baş verəndə anlayacağıq. Əlbəttə, bütün bu çətinliklər rəvayətlərin nəqlinə əsasən aşağıdakı formada bəyan edilmişdir:

İmam Zamanın (əc.) zühurundan öncə fitnə-fəsad, hərc-mərclik, nizam-intizamsızlıq, təhlükəli həyat, zülmkarlıq, bərabərsizlik, qətl hadisələri, təcavüzkarlıq və s. hər yerdə baş alıb gedəcək, yer üzündə ədalət məfhumu belə qalmayacaq.

Dünyada millətlərarası və dövlətlərarası qanlı müharibələr, qırğınlar Yer kürəsini ölüxanaya çevirəcək. Haqsız ölümlər o həddə qədər çoxalacaq ki, bir ailədə bir, ya bir neçə əzizini itirməyən qalmayacaq. Kişilər, cavanlar müharibələrdə öldürüləcək, hər üç kişidən ikisi məhv olacaq.

Can və mal təhlükəsizliyi çox acınacaqlı vəziyyətdə olacaq, yollar əmniyyətsizləşəcək, qorxu-hürkü, vəhşət bəşər övladının canını bürüyəcək və vaxtsız ölmülər hər yerdə baş alıb gedəcək. Məsum uşaqlar ən zalım hakimlərin vasitəsilə, ən pis işgəncələrlə öldürürləcəklər. Ümumi xiyaban və keçidlərdə, hətta hamilə qadınlara belə təcavüz ediləcək, öldürücü və yolxucu xəstəliklər açıq şəkildə çoxalacaq. (Bu, elə çox ölüm halları nəticəsində çürümüş cəsədlərin üfunəti, yaxud kimyəvi-mikrobioloji silahların təsirindən də ola bilər.)

Ərzaq məhsullarının bahalaşması və qıtlıq insanların həyatında iflic yaradacaq, torpaq toxumları cücərtmək və yaşıllaşdırmaq iqtidarında olmayacaq. Yağışlar kəsiləcək, yaxud da vaxtsız yağaraq kənd təsərrüfatına çoxlu ziyan verəcək. Qıtlıq və quraqlıq nəticəsində həyat o qədər çətinləşəcək ki, bəziləri acından ölməmək üçün bir qarın yemək almaqdan ötrü, hətta öz qadınları və qızlarını satmaq məcburiyyətində qalacaqlar.

Belə bir şəraitdə insanları ümidsizlik böhranı bürüyəcək, onlar ölümün gözəl bir ilahi hədiyyə olduğunu sanacaqlar. İnsanların yeganə arzusu ömürlərinin sona çatması olacaq. Qəbristanlıq kənarından ötüb keçən, yaxud ölmüş insanları görən hər bir şəxs həsrətlə: "Kaş ki, mən də onlarla birlikdə ölüb bu zillətli həyatdan xilas olardım!" – deyə ölümü arzulayacaq.

Bu dövrdə bütün nizam-intizamsızlığın, təcavüz, haqsız ölümlərin qarşısını alan və güclü zülmkarların pis rəftarlarının cəzasını verə bilən heç bir təşkilat olmayacaq. Camaatın fəryadını eşidən kimsə tapılmayacaq. Bəşərin imdadına gəldiyini iddia edənlərin hamısı isə xain və yalançı çıxacaq. İnsanlar yalnız ilahi islahatçının zühuru ümidi ilə möcüzələr gözləyəcəklər.

Ümidsizlik hər yerdə sakin olduqdan sonra uzun illərdə vədəsi verilmiş Mehdi (əc.) insanları xilas etməsi üçün ilahi rəhmət kimi zahir olacaq. Beləliklə hamıya xitab olunan belə bir asimani səda eşidiləcək: "Ey dünya əhli! Zülmkarların dövranı bitdi. İlahi ədalət zamanı gəlib çatdı. Mehdi (əc.) zühur etdi."

Bu asimani fəryad ümidsizlikdən bağrı qana dönmüş insanların qəlbinə yüksək əhval-ruhiyyə gətirəcək və zülm çəkənlərə azadlıq müjdəsi bəxş edəcək.

Bəli, yalnız bu qəbildən olan zəminlərin varlığını dərk etməklə ilahi islahatçının zühuru, İmam Mehdinin (əc.) ədalətli hakimiyyətinin əhəmiyyətinin zəruri olduğunu dərk etmək mümkündür.

Kitabın adı: Son hakimiyyət
Tərcümə edən: Mətanət Hüseynova
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031