Mərifət
Mьəllif: admin1
Tarix: 1-12-2018, 11:26
Mərifət

Yəqin əhli arasında bəzilərinin mərifəti “müayinə” babından olar ki, onlara “hüzur əhli” deyərlər.

Allah-Taala mərifət haqqında buyurur: “Allah şahidlik etdi ki, Özündən başqa heç bir tanrı yoxdur. Mələklər və haqq-ədalətdən ayrılmayan elm sahibləri də O mütləq qüvvət, hikmət sahibindən başqa heç bir tanrı olmadığına şahidlik etdilər.” (“Ali-İmran”, 18.)

“Mərifət” fars dilində idrak mənasındadır. Burada mərifət dedikdə, Allahı dərkin ən yüksək mərtəbəsi nəzərdə tutulur. Çünki Allahıdərkin çoxlu mərtəbələri vardır. Mərifətin mərtəbələri atəşin şöləsi kimidir ki, bəziləri ancaq onun adını eşitmişlər ki, yandırıb-yaxan bir mövcuddur; ona çatan hər bir şey yanır, onun nişanəsi düşdüyü hər bir şeydə zahir olur, ondan nə qədər götürsən, azalmaz, ondan ayrılan hər bir şey, onun təbiətinin ziddinə olacaqdır. Bu mövcud atəş adlanır.

Allahın dərkində də bəziləri bu həddədirlər ki, onlara “müqəllidlər” deyərlər, necə ki, bəzi adamlar böyük adamların mərifət haqqında söylədikləri sözləri qəbul edərlər, amma qəbul etdiklərinə dəlilləri olmaz. Mərifətin (bundan) bir pillə yuxarı mərtəbəsinə qalxmış bəziləri o kəslərə bənzəyərlər ki, atəşin tüstüsü onlara çatmışdır və bilirlər ki, bu tüstü [hökmən] bir yerdən qalxır. Buna görə də nişanəsi tüstü olan mövcudun (atəşin) varlığına hökm edərlər.

İlahi mərifətdə də bu mərtəbəyə yüksəlmiş kəslərə “nəzər əhli” deyərlər. Nəzər əhli qəti dəlillərlə bilərlər ki, Yaradan, Quran vardır, çünki Onun qüdrət nişanələrini Onun varlığına dəlil bilərlər.

Bu mərətbədən yüksəkdə o kəslər olarlar ki, atəşə yaxın oturmaqla onun hərarətini hiss edərlər və ondan bəhrələnərlər. İlahi mərifətdə də bəziləri bu mərtəbəyə çatarlar ki, “qeybə inananlar” adlandırılarlar. Bu dəstə Allahı pərdə arxasından tanıyarlar.

Bu mərtəbədən yuxarıda o kəslər durarlar ki, atəşdən çörək bişirmək, qazan asmaq və s. kimi çoxlu faydalar əldə edərlər. İlahi mərifətdə də bəziləri mərifətin ləzzətini dadarlar və bununla şad, xürrəm olarlar.

Bura qədər elm əhlinin [ilahi mərifətdəki] mərtəbələrini söylədik, amma bunlardan da yüksəkdə elə kəslər vardır ki, atəşin özünü müşahidə edərlər və həmin atəşin nurunun vasitəsilə digər varlıqları da müşahidə edərlər.

İlahi mərifətdə də belələrinə “baxış əhli” və həmçinin “ariflər” deyərlər və həqiqi mərifət sahibləri də bunlar olar. Bu mərtəbədən də yüksəkdə duranlara “yəqin əhli” deyərlər. Bunların məqamı ariflərdən yuxarı olar. Yəqin və yəqin əhli haqqında sonrakı fəsildə söhbət açacağıq, inşəallah.

Yəqin əhli arasında bəzilərinin mərifəti “müayinə” babından olar ki, onlara “hüzur əhli” deyərlər. Üns və şadlıq bu dəstəyə xas olar, amma mərifətin son pilləsi orada qurtarar ki, artıq arif [özü də] aradan qalxar, eynən atəşdə yanıb heçə çıxmış adam kimi.

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031