Bəsirət, kor insanı da görən edər
Mьəllif: admin1
Tarix: 1-12-2018, 10:53
Bəsirət, kor insanı da görən edər

Nəql edirlər ki, kor bir kişi Peyğəmbərin (s) hərəmində dayanmışdı və İmam Baqir (ə) ən yaxın səhabələrinin biri ilə ora daxil olur.

Yanındakı kişiyə buyurur: “Baxmayaraq ki, Peyğəmbərin (s) hərəmindəyik, bir nəfərdən başqa insanlar məni görmürlər”.

İmamla (ə) bir yerdə gələn şəxs deyir: “Mən yavaşca həmin kor insanın yanına gəldim və ona dedim: “Əbu Haşim, haradasan?”.

Dedi: “İslam Peyğəmbərinin (s) hərəmində”.

Soruşdum: “İmam Baqir (ə) haradadır?”.

Dedi: “Mənim iki addımlığımda dayanıbdır”.

Soruşdum: “Onu görürsən?”.

Dedi: Məgər mən İmam Zamanımı (ə) görmürəm?””.

Ona görə də deyə bilərik ki, bəsirəti bağlanmış insan o kəs deyildir ki, kor olsun. Əslində o kəsdir ki, qəlbinin kanalları bağlanıb və ona görə də heç bir şeyi dərk etmir.

Quranın buyurduğu kimi, bu cür insan heyvan kimidir. Yəni, necə ki, fəlsəfəni, fiqhi heyvana öyrətmək olmur o, da Allah Kitabını dərk etmir.

Quranda nur və zülmət, gecə və gündüz, haqq və batil bir yerdə bəyan olunmuşdur. Allah buyurur: “Korla görən eyni deyildir (möminlər və kafirlər bərabər deyildirlər)”. (“Fatir” 19).

Bəli, görənlə kor heç bir zaman eyni olmaz – istər dünya məsələlərində olsun, istərsə də axirət. Onların Qiyamət günü bərabər olmadığına dair Quranda oxuyuruq: “Və o (əcəl sona yetişən və Qiyamət) gəlib çatan zaman Onun izni olmadan heç kəs danışmaz. Beləliklə, onlardan bəzisi bədbəxtdir (öz vücudunun bütün xeyirlərini puç edib) və bəzisi xoşbəxt (öz vücudunun bütün xeyirlərini əldə edib)”. (“Hud” 105).

Qiyamət elə bir gündür ki, heç kəs Allahın izni olmadan danışa bilməz. Bütün dillər bağlı olar və Allah izn vermədən heç bir dil hərəkətə gəlməz. Həzrət Peyğəmbər (s) buyurur: “Qiyamət günü Allahın hüzuruna ilk daxil olan və danışmaq icazəsi olan kəs mənəm”.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031