Düşünmək - ən üstün ibadətdir. Sevinən, qəzəblənən, qüdrətlənən zaman insanı gözləyən 3 təhlükə
Mьəllif: admin1
Tarix: 24-08-2015, 10:53
Düşünmək - ən üstün ibadətdir. Sevinən, qəzəblənən, qüdrətlənən zaman insanı gözləyən 3 təhlükə

"Ey Əli! Heç bir sərvət ağıl kimi faydalı deyildir, nadanlıq kimi yoxsulluq mövcud deyildir. Bil ki, heç bir əməl xudbinlik kimi təhlükəli deyildir. İnsan üçün məsləhətdən daha yaxşısı yoxdur və ən üstün ibadət – fikirləşmək və düşünməkdir".

Bu nurani hədis bizləri iki aləmdə olan xeyir və yaxşılıqlar haqqında düşünməyə vadar edir.

Həzrət Peyğəmbərin (s) İmam Əliyə (ə) etdiyi vəsiyyətdə oxuyuruq ki, buyurub: "Ey Əli! Allah yanında 3 əməl daha üstün və daha ucadır:

1. Vacibatlara əməl etmək – hər kim belə etsə, ən abid insan olar.

2. Günahı tərk etmək ki, bu, təvqa əhlinin əməlidir.

3. Qənaətdir ki, qane olan insanlara məxsusdur".

Hədislərimizdə oxuyuruq ki, 3 əməl bizim Qiyamətimizi nurani edə bilər. Bu əməllərlə tanış olaq:

1. Din qardaşlarının görüşünə getmək, xüsusilə də o zaman ki, xəstədirlər və ya çətinliyə düşüblər.

2. O kəs ki, namazın intizarında olar, namazı əvvəl vaxtda qılmağa, camaata və məscidə hörmət qoyar. Allah qonaqlarındandır.

3. O kəs ki, Allahın evini ziyarət edər.

Kamil iman 3 şeylə əldə oluna bilər və İmam Səccad (ə) bu haqda buyurur:

"1. Sevinən zaman günah və batil etməyin.

2. Qəzəblənən zaman haqq yolundan ayrılmayın.

3. Nə zaman qüdrətə çatsanız, haqqı zay etməyin".

Həzrət Peyğəmbər (s) minbərə çıxan zaman buyurur: "Məgər bilirsinizmi ki, Ruqub, Suluk, Sərə kimlərdir? Ruqub – o kəsə deyərlər ki, Allah onu saleh övladdan ki, qalıcı saleh əməl sayılır, məhrum etmişdir. Suluk o kəsə deyirlər ki, sərvətinin olmasına baxmayaraq, özündən qabağa heç bir şey göndərməmişdir, çətin Qiyamət günü üçün azuqə yığmamışdır. Sərə o pəhləvana və qəhrəmana deyərlər ki, şeytanın qəlbinə yumruq vurar. Allahı yada salaraq, qəzəb şöləsinə həlimlik və səbirlə qələbə çalar".

Allahdan pak qəlb, kamil iman diləyir və dua edərik ki, bizləri ibadət və müsibətlərdə sabirlərindən qərar versin və Əhli-beytin (ə) yaxın dostlarından etsin. İnşəallah!/Deyerler/

nardaranpiri.com
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930