İmanın, namazın, orucun, həccin fəlsəfəsi bir kəlamda
Mьəllif: admin1
Tarix: 1-12-2018, 13:50
İmanın, namazın, orucun, həccin fəlsəfəsi bir kəlamda
İmam Əli (ə) buyurur: “Allah, imanı – qəlblərin şirk və küfr çirkinliklərindən paklanması və namazı – üsyankarlıq və itaətsizlikdən pak olmaq üçün vacib buyurmuşdur.

Zəkatı – yoxsulların ruzi vasitəsi, orucu – bəndələrin ixlasını imtahana çəkmək vasitəsi qərar vermişdir. Həcci – dinin güclənməsi, cihadı – İslamın şərəfi üçün vacib buyurmuşdur. Əmr-be-mərufu – nadan insanların islahı üçün, nəhy-əz-munkəri – ağılsız insanları günahdan və pis işlərdən saxlamaq üçün qərar vermişdir”.

Hədisin şərhi.

İslam əhkamı – bütün cüzi məsələləri ilə o göstərişlərdir ki, Allah mömin bəndələri üçün təyin etmişdir. Ona görə də bu əhkama əməl etmək hər bir müsəlmanın vəzifəsidir. Bir müsəlman, mömin o kəsdir ki, Allahın vacibatlarını niyə və nə üçün demədən yerinə yetirər. Onlara görə şəkkə düşməz.

Məsum İmamlarımız (ə) bu vacib əməllərin fəlsəfə və məntiqini bizim üçün açıqlayıblar. Onların hər biri haqqında kifayət qədər məlumat veriblər. Bu yolla müsəlman olmayanlar da onların fəlsəfə və məntiqi ilə tanış ola bilsinlər.

İmam Əli (ə) bu qısa kəlamında imanın, namazın, zəkatın, orucun, həccin, cihadın, əmr-be-mərufun və nəhy-əz-munkərin fəlsəfəsini açıqlamış və nə üçün vacib olduqlarına işarə etmişdir.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930