Şeytanın gələcəkdən xəbəri yoxdur və onun insana verdiyi vədənin heç bir əsası yoxdur
Mьəllif: admin1
Tarix: 1-12-2018, 13:53
Şeytanın gələcəkdən xəbəri yoxdur və onun insana verdiyi vədənin heç bir əsası yoxdur

Quranın bəzi ayələri şeytanın (lən) işlərinin nişanələrini bizim üçün tanıtmışdır. Quran buyurur ki, şeytan insana bu işləri görmək üçün əmr verir.

Bu, Allahın lütf və inayətindəndir ki, bəndələrinə hidayət yolunu göstərir və onların şeytanın vəsvəsələri ilə yolunu azmasını istəmir.

Şeytanın işlərini tanıyaq:

1. Yoxsul olmağa vədə verir və əxlaqsızlığa tərəf təhrik edir. “Şeytan (hər dəfə mallarınızı Allah yolunda xərclədiyiniz zaman)sizə yoxsulluq vəd edir və(xəsislik və sairə kimi) pis işləri əmr edir. Allah isə sizə Öz tərəfindən bağışlanmaq və xeyir-bərəkət vədəsi verir. Allah geniş (vücud, qüdrət və rəhmət sahibi) və (hər şeyi) biləndir”. (“Bəqərə” 168).

İnfaq edən zaman və ya zəkat verən zaman şeytan sizi yoxsul olmaqla qorxudar. Ona görə də insan bu vəsvəsə sayəsində infaq etməkdən əl çəkər. Hətta ola bilsin ki, xüms və zəkatı verməyə belə təsir qoysun.

İmam Sadiqdən (ə) gələn hədisdə oxuyuruq ki, insan infaq edən zaman iki şey Allah tərəfindən olar və iki şey şeytan tərəfindən. O şey ki, Allah tərəfindən olar – günahların bağışlanması və ruzinin artmasıdır. O şey ki, şeytan tərəfindən olar – yoxsulluq vədəsi və əxlaqsızlığa əmr etməkdir.

İnsan əgər bu vəsvəsələrə qulaq verərsə cəmiyyətdə simiclik artar və bir çox günahlar üçün yol açar. Günahların bir çoxu iffətsizlikdən və yoxsulluqdan qaynaqlanar.

Əmirəl-möminin (ə) buyurur: “O zaman ki, çətinliyə düşərsiniz, infaq etmək vasitəsilə Allahla ticarət edin”. Yəni, infaq edin ki, yoxsulluqdan nicat tapasınız.

İnsan gərək Xaliqin verdiyi vədələrə ürək bağlasın, şeytanın deyil. Şeytanın gələcəkdən xəbəri yoxdur və onun verdiyi vədə insanı ancaq yolundan azdırar.

2. Münkərə, pisliklərə əmr edər.

Münkər o əməldir ki, sağlam ağıl onun yaxşı iş olduğunu inkar edir. Onun çirkin və pis iş olduğuna hökm verir. Ağıl adətən dinimizin və ağlımızın çirkin hesab etdiyi işləri pis hesab edir. Aqil insan şeytanın vəsvəsələrindən həmişə çəkinər.

“Həqiqətən şeytan şərab və qumarla (sizi onlara aludə edib onların düşkünü etməklə) aranızda düşmənçilik və kin salmaq və sizi Allahın zikrindən və namazdan saxlamaq istəyir. Belə isə əl çəkəcəksinizmi?”. (“Maidə” 91).

Kin və nifrət, düşmənçilik şeytanın ən mühüm işlərindəndir ki, imanlı insanların qəlbinə vəsvəsə edər. Şeytan sadə məsələləri insanın gözündə çox böyüdər, halbuki bu işin heç bir dəyəri olmaz. Bu yolla insanlar arasında küdurəti yaymaq istəyər.

3. İnsanı Allahı yada salmaqdan saxlayar.

“Şeytan onlara hakim olub, Allahı yad etməyi onlara unutdurmuşdur. Onlar şeytanın firqəsidirlər. Agah ol ki, şeytan firqəsi həmin ziyankarlardır”. (“Mücadilə” 19).

4. Uzun arzular.

“Şeytan onlara vədə verir və arzulara daldırır. Şeytan onlara aldadıcı vəddən başqa bir şey vermir”. (“Nisa” 120).

Əmirəl-möminin (ə) buyurur: “İki şeydən başqa şeylərdən daha çox qorxuram: havayi-nəfsin ardınca düşmək və uzun arzulardan. Çünki havayi-nəfsin ardınca düşmək haqq yolunu bağlayar. Ancaq uzun arzular axirəti insanın zehnindən silər”.

Şeytanın (lən) tələlərini tanıyıb onlardan uzaq olaq ki, bizi haqq yolundan azdırmasın.
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930