6 müctəhidin Coca-Cola haqqında fətvası
Mьəllif: admin1
Tarix: 3-03-2018, 21:51
6 müctəhidin Coca-Cola haqqında fətvası

Coca-Cola içkisinin halal və ya haram olması barədə fikirlərə aydınlıq gətirmək üşün 6 böyük müctəhidin dəftərxanasına sual ünvanlayıb.

İslaminsesi.org müctəhidlərin dəftərxanasından gələn cavabları sizlərə təqdim edir.

Sual: Coca-Cola içkilərini içmək olar? Belə bir halda ki,onu içməklə İslam düşmənlərinə yardəm etmiş oluruq. Həmdə ki, tibbi baxımdan bunun bədənə ziyan olmasını açıq-aşkar göstərən sübutlar mövcuddur. Siz necə düşünürsünüz bu içkini içmək olar ya yox:

Ayətullah Seyid Əli Xameneinin dəftərxanasından gələn cavab: Sionist şirkətlərindən və əldə olunan qazancı ilə qəsbkar İsrail dövlətinə kömək edən şirkətlərdən hər növ malların alış-verişi haramdır.Əgər mənfəəti sionistlərə aid olması ya İslam və müsəlmanların düşmənçiliyi yolunda istifadə olunması sübut olunmazsa, maneəsi yoxdur. Digər tərəfdən də əgər mükəlləf (şəri məsələsinə əməl edən) özü şəxsən onların əsli maye olan və məst edici spirtə qatışmasını dəqiq bilərsə, ya nəzərə çarpacaq dərəcədə zərər olarsa ondan istifadə caiz(icazəli) deyildir.

Ayətullah Vahid Xorasaninin dəftərxanasından gələn cavab: Bu çeyı yəqininiz varsa, onda olmaz. Yox əgər yəqininiz yoxdursa, onda içməyin eybi yoxdur.

Ayətullah Behcətin dəftərxanasından gələn cavab: Bu şeyə(İslam düşmənlərinin xeyrinə olmasına) yəqininz varsa onda olmaz. Əks təqdirdə olar.

Ayətullah Fazil Lənkaraninin dəftərxanasından gələn cavab: Əgər qeyd etdyiniz kimi, sizin bu şeyə yəqininiz varsa o zaman olmaz.

Ayətullah Sistaninin dəftərxanasından gələn cavab: Bu işiniz onların təsdiq olarsa o zaman olmaz.

Ayətullah Məkarim Şirazinin dəftərxanasından gələn cavab6 Əgər buna yəqininiz varsa onda olmaz. Şünkü bu zaman İslam düşmənlərinə yardım etmiş olarıq.

Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930