Mübariz insanın xüsusiyyəti
"Mübariz insan kəmiyyətə deyil keyfiyyətə fikir verir. İşində sərgi, vitirin fikrində olmaq alverçilərin xüsusiyyətidir. Mübariz insan amal və məramına çatmaqda aza qane olmur, o, qüllələri fəth etməyi düşünür." Hüccətül islam vəl müslimin Məhəmməd Məhəmmədian dinc quruculuqda mübariz və mücahid həyatının əsas prinsipləri barəsində danışarkən qeyd edib: "Bu həyatın ən başlıca prinsipi "Hər yer Kərbəladır və hər gün Aşuradır" devizinə inam bəsləməkdir. Məsələyə belə bir prizmadan yanaşdıqda hər yer insan üçün Kərbala və hər zaman Aşura olur." O əzm və güclü iradəni mübarız həyatının başqa bir prinsipi sayaraq qeyd edib: "Başqa bir prinsip də ictimaiyyətçilik, iməclik və ümuxalq müstəvidə görülən birgə işlərdir. Fərdi ruhiyyəyə malik olan şəxs mübariz əhval - ruhiyə ilə çıxış edə bilməz." Bərli - bəzəkli həyatın mübariz həyatı ilə uzlaşmayacağını bildirən ruhani qeyd etdi ki, dağa yaxınlaşdıqda ağır yük saxlamaq olar, lakin dağı üzü yuxarı getdikcə onları yerə qoymaq, qülləyə yaxınlaşdıqda isə kənara atmaq lazım gəlir. "Mübariz ruhiyyəli insan qınaq, danlaq və əks tərəfin mənfi təbliğatlarına uymur"- deyə hüccətül islam vəl müslimin Məhəmməd Məhəmmədian vurğulayıb. "Mübariz insan kəmiyyətə deyil keyfiyyətə fikir verir. İşində sərgi, vitirin fikrində olmaq alverçilərin xüsusiyyətidir. Mübariz insan amal və məramına çatmaqda aza qane olmur, o, qüllələri fəth etməyi düşünür" deyə bildirən ruhani ixlası bu növ həyatın əsas mühərriki olduğunu bildirib. nardaranpiri.com Oxşar xəbərlər
|