SÖZ VƏ SÜKUT!
İmam Əli (ə) buyurmuşdur: لا خَيْرَ فِى الصَّمْتِ عَنِ الْحُكْمِ، كَما انَّهُ لاخَيْرَ فِى الْقَولِ بِالْجَهْلِ؛ “Cəhalət və nadanlıqla danışmaqda xeyir olmadığı kimi, hikmət və elmlə (danışmaq lazım olan zaman) susmaqda da xeyir yoxdur. (Nə alimin sükutu faydalıdır, nə də cahilin sözü!)” (“Nəhcül-bəlağə”, qısa kəlamlar 182 və 471.) ŞƏRH VƏ TƏFSİR Allah-Taala agah və alim insanlarla əhd bağlamışdır ki, azğınlıqlar, əyriliklər, zülm və haqsızlıqlar, düşmənlərin təcavüzü qarşısında sükut etməsin, mülayim və tutarlı bəyan və məntiqləri ilə hidayət nurunu və haqq-ədaləti bir-birinin qəlblərində yerləşdirsinlər. (Hər kəs öz biliyi qədər – az olsa belə, bilikli sayılır və məsuliyyət daşıyır.) Qlobal və ictimai məsələlərdə kifayət qədər səriştəsi olmayanların yersiz dəxalətləri də xalqı azğınlığa sürükləyir. Həm alimlərin sükutu, həm də cahillərin sözü bədbəxtlik amilləridir. Bu hədisdən anlaşılır ki, “sükut” hər yerdə və hamı üçün bəyənilmədiyi kimi, danışıq da hər yerdə və hamı üçün bəyənilmir. Əksinə, “sükut” və “danışıq” nisbi xarakter daşıyır və “fərdlər”, “zamanlar” və “məkanlar”a nisbətən ölçülməlidir. Bəzən bir şəxsin danışması ən mühüm vacib iş olduğu kimi, bəzən də başqa birisinin danışması haram iş olur! Bəzən bir şəxsin bir yerdə sükutu ibadətdir, bəzən də həmin şəxsin başqa bir yerdə danışığı günah! Demək, ağıllı mömin iki nöqtəni nəzərdən qaçırmamalıdır: 1. söhbət etmək istədiyi mövzuda kifayət qədər məlumat kəsb etməli; 2. mövqeyini tanımalıdır. Əks-təqdirdə, sükuta önəm verməsi məsləhətdir. Şair demişkən: دو چيز طيره عقل است دم فروبستن به وقت گفتن و گفتن به وقت خاموشى! “İki şey ağılsızlıq nişanəsidir: danışıq zamanı sükut və sükut zamanı danışıq.” Oxşar xəbərlər
|