Düzgün ailə həyatı qurmaq
İctimai həyatda ən zəruri məsələlərdən biri də ailə həyatı qurmaqdır. Ailə kiçik cəmiyyətdir. İslam dinində də bu məsələnin düzgün həlli həmişə diqqət mərkəzində olmuşdur.
Dinimizdə bunun daha səmərəli nəticələr verməsi üçün bəzi məsələlərin də dürüst həlli vacibdir. Bunlardan birincisi yaxşı həyat yoldaşı tapmaqdır. Çünki seçilmiş ailədən çıxmış, yaxşı tərbiyə almış ana, övladının da düzgün tərbiyələnməsi yolunda çalışacaq, buna nail olmağa can atacaqdır. Eləcə də pis və əxlaqsız anadan tərbiyəli övlad yetişməsi gözlənilmir. Buna görə ki, cəmiyyətdə günaha şərait yaradan amillərdən biri də pis analardır. Çünki analıq hisslərindən məhrum olan, yalnız özü üçün yaşayan qadınlar cəmiyyətə tərbiyəsiz, əxlaqsız övlad təhvil verirlər. Bu da yeni günahların yaranmasına meydan açır. Bu barədə bir neçə hədisə diqqət yetirək: İslam Peyğəmbəri (s) camaatla söhbətlərinin birində buyurur: Ay camaat! Yerdən çıxan çirkin bitkilərdən yeməyin. Orada olanlardan biri soruşdu: "Ey Allahın Peyğəmbəri (s); o bitkilər hansılardır?" Peyğəmbər (s) buyurdu: "Pozğun ailədən çıxmış gözəl qadın". Bir şəxs İslam Peyğəmbərinin (s) yanına gəlib evlənmək barədə o həzrətlə məsləhətləşdi. Peyğəmbər (s) buyurdu: "Evlən! Lakin dindar qadınla evlən". İmam Əli (ə) buyurur: "Ağılsız qadınla evlənməyin. Çünki onunla bir yerdə olmaq bəladır və onun övladları pis yolda olacaqlar". İslam Peyğəmbəri (s) buyurur: "Sizin xanımlarınızın ən yaxşısı o xanımdır ki, cinsi istəkləri çox və ismətli olsun". İmam Sadiq (ə) buyurur: "Qızını şərab içən şəxsə ərə verən adam o qızından nəslini kəsmiş bilsin". O Həzrət başqa bir hədisdə buyurdu: "Şərabın Allah tərəfindən haram buyurulmasından sonra və bunun mənim vasitəmlə xalqa çatdırılmasından sonra şərab içən şəxsə qız verməyin. Çünki o ləyaqətsiz bir insandır." (Vəsailüş-şiə, 14-cü cild, 53 səh.) İmam Sadiq (ə) buyurdu: "İsmətli və iffətli anası olan şəxsin xoş halına!" Oxşar xəbərlər
|