ZAMAN – QİYAMƏT GÜNÜNÜN ŞAHİDİ
İmam Əli (ə) buyurmuşdur: ما مِنْ يَوْمٍ يَمُرُّ عَلَى ابْنِ آدَم الّا قالَ لَهُ ذلِكَ الْيَوْمُ: يَابْنَ آدَمْ! أنَا يَوْمٌ جَديدٌ وَ انَا عَلَيْكَ شَهيدٌ، فَقُلْ فِىَّ خَيْراً، وَ اعْمَلْ فِىَّ خيراً، اشهِدُ لَكَ بِه يَوْمَ الْقيامَةِ؛ فَانَّكَ لَنْ تَرْانى بَعْدَهُ ابَداً؛ “İnsan övladının keçirdiyi hər bir “gün” ona bu sözü xatırladr: “Ey insan! Mən yeni bir günəm və əməllərinə şahidəm. Belə isə mənim qabıma yaxşı söz oxu və yaxşı əməllər tök ki, qiyamət günü sənin yaxşılıqlarına şəhadət verim. Bu gündən sonra heç vaxt məni görməyəcəksən!” (“Biharul-ənvar”, 74-cü cild, səh. 379.) ŞƏRH VƏ TƏFSİR Allah-Taala insanın söz və əməlləri üçün şahidlər seçmişdir: 1. Birinci şahid insanın bədən üzvləridir. Qurani-Kərimdə buyurulur: وَ تُكَلِّمُنا ايْديهِمْ وَ تَشْهَدُ ارْجُلُهُمْ “Onların əlləri Bizimlə danışar, ayaqları isə etdikləri əməllər barəsində şəhadət verərlər.” (“Yasin” surəsi, ayə 65.) “Fussilət” surəsinin 20-ci ayəsində də belə buyurulur: حَتّى اذا ما جاءُوها شَهِدَ عَلَيْهِمْ سَمْعُهُمْ وَ ابْصارُهُمْ وَ جُلُودُهُمْ بِماكانُوا يَعْمَلُونَ “Nəhayət, onların hamısı oda çatanda ətləri, gözləri və bədənlərinin dəriləri onlara qarşı (dünyada) etdiklərinə (dünyada görüb şahid olduqlarına) şəhadət verərlər.” 2. İkinci şahid nəzarətçi mələklərdir. “Qaf” surəsinin 18-ci ayəsində buyurulur: ما يَلْفِظُ مِنْ قَوْلٍ الّا لَدَيْهِ رَقيبٌ عَتيدٌ “Dilinə elə bir söz gətirməz ki, (bu zaman) yanında (deyilənləri yazmağa) hazır olan nəzarətçi mələk dayanmasın.” 3. Üçüncü şahid məkanlardır. “Zilzal” surəsinin 4-cü ayəsində buyurulur: يَوْمَئِذٍ تُحَدِّثُ اخْبارَها “Məhz o gün yer öz xəbərlərini açıb söyləyər.” Bəli, qiyamət günü üzərində gəzib-dolandığımız yer qarışbaqarış biz insanların ya xeyrinə, ya da əleyhinə şəhadət verəcək. 4. Dördüncü şahid zamandır. Yuxarıdakı hədisdə də məhz bu şahiddən söz açılır və ondan başa düşülür ki, hər “gün”ün özü ayrıca bir şahiddir. Demək, bir ildə insanın əməllərinə 365 gündən ibarət bir zaman şahidlik edir, əgər insanın orta ömrü əlli ildirsə, 18250 gündən ibarət bir zaman şəhadət verəcəkdir! Diqqəti cəlb edən odur ki, bu şahid hər gün insana xəbərdarlıq edir. 5. Qiyamət gününün beşinci şahidi isə hər ümmətin peyğəmbərləridir. “Nisa” surəsinin 41-ci ayəsində bu haqda buyurulur: فَكَيْفَ اذا جِئْنا مِنْ كُلِّ امَّةٍ بِشَهيدٍ وَ جِئْنا بِكَ عَلى هؤُلاءِ شَهيداً “Hər ümmətdən (onların iman, küfr, itaətkarlıq və itaətsizliklərinə şahidlik etmək üçün) bir şahid (peyğəmbərlərini) gətirəcəyimiz və səni də bunlara (bu ümmətə, yaxud o şahidlərə) şahid gətirəcəyimiz zaman (sənin və camaatın halı) necə olacaq?!” Vay olsun hesab-kitabı, sorğu-sualı inkar edənlərin halına! Qəflət pərdələri qaldırıldığı zaman, onlar öz qarşılarında onların əleyhinə şahidlik edən müxtəlif şahidlər görəcəklər! Bu qədər şahidlər, bu qədər qəflət və xəbərsizliklər necə bir yerə toplaşacaq? Əgər bir insan, bir polis məmuru tərəfindən izlənildiyini bilərsə, sözsüz ki, öz rəftarına diqqət yetirəcək və xətaya yol verməyəcəyi üçün cəhd edəcəkdir. Günahkar insan bir məmur müqabilində özünü bu qədər gözlədiyi halda, nə üçün əsla xətaya yol verməyən bu qədər ilahi şahidlər müqabilində qəflət etməli?! Rza Şükürlü Oxşar xəbərlər
|