Quran nə üçün möminlər qarşısında münafiq təbirini işlətmişdir?
Mьəllif: admin1
Tarix: 8-11-2020, 10:19
Quran nə üçün möminlər qarşısında münafiq təbirini işlətmişdir?

Sual yaranır ki, Quran nə üçün möminlər qarşısında “kafir kişilər və kafir qadınlar” demir? Yəni, “Mömin kişilər və möminə qadınlar hər zaman yaxşılığa dəvət edib, pisliklərdən çəkindirirlər”

ayəsinin qarşısında “kafir kişilər və kafir qadınlar isə pisliyə əmr edib, yaxşı işlərdən çəkindirərlər” təbirini işlətməmişdir? Kafir sözünün yerinə münafiq sözündən istifadə etmişdir.

Məlum məsələdir; münafiqlər müsəlman cəmiyyətində yaşayıb, fəaliyyət göstərir və zahirdə müsəlmançılığın bütün şərtlərini qəbul edirlər.

Üzdə bütün İslami dəyərləri qəbul edir, amma qəlblərində həmin dini inancların heç birinə etiqad bəsləmirlər.

Zahirdə müsəlmanlarla həmrəydirlər, lakin gizlində düşmənçilik edirlər. Münasib zamanda əllərinə fürsət düşəndə, müsəlmanlara zərbə endirirlər.

Amma kafirlər İslam cəmiyyətinə qarışmırlar. Əgər müsəlmanlar arasında yaşamalı olsalar, İslam əleyhinə öz mövqelərini açıq şəkildə elan edirlər.

Ona görə də müsəlmanlar onları tanıyır, onlarla olan münasibətlərinin həddi-hüdudunu müəyyənləşdirə bilirlər. Kafir cəmiyyətdə əksəriyyət kafir olur və açıqca İslami dəyərləri qəbul etmədiklərini bildirirlər.

Buna görə də yalandan özlərini müsəlman göstərməyə ehtiyacları da olmur. Münafiqlər isə İslam cəmiyyətinə nüfuz etmək üçün zahirdə bütün İslami dəyərləri etiraf edirlər, amma əslində hədəfləri dinə qarşı mübarizə aparıb, ona arxadan zərbə vurmaqdır.

Ona görə də Quran buyurur: “Möminlər öz dinlərindən muğayat olsunlar, münafiqlərin əsas işi pisliyə dəvət edib, yaxşılıqlardan çəkindirməkdir.”


Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031