Haqqı gizlədənlər kimlərdir? Əmirəl-möminin (ə) onları necə nifrin etmişdir?
Mьəllif: admin1
Tarix: 6-06-2019, 11:24
Haqqı gizlədənlər kimlərdir? Əmirəl-möminin (ə) onları necə nifrin etmişdir?
Haqqı gizlətmək dedikdə, İlahi maarifi və əhkamı gilzətməkdən söhbət gedir. Yəni, nazil olan ayəni elə təfsir edəsən ki, ayə öz ayə olmağını əldən verər.

Haqqı gizlətmək bütün dövrlərdə olmuşdur. Əmirəl-möminin (ə) zamanında xüsusilə bu insanların sayı çox idi və İmam (ə) da onların əlindən dada gəlib, nifrin etmişdi.

O zaman ki, İmam Əli (ə) Bəsrəyə daxil olur, Ənəs ibni Maliki çağırır ki, Zubeyrlə Təlhənin yanına getsin və Peyğəmbərdən (s) eşitdiklərini onlara xatırlatsın.

Ənəs bu vəzifəni yerinə yetirməkdən boyun qaçırdır və İmama (ə) deyir: “Mən onu unutmuşam”.

İmam (ə) buyurur: “Əgər yalan deyirsəns, Allah başını ağ xəstəliyə elə düçar etsin ki, əmmamə onu örtməsin”.

Şərif Rza bu hədisin sonunda yazır ki, ağ xəstəlik ekzemadır ki, bir müddət sonra Ənəs ibni Malikin üzündə görünməyə başlayır. Ondan sonra heç kəs onu niqabsız görmür. Bəli, haqqı gizlətmək çox pis və qəbahətli işdir.

İbn Əbi Hədid təsənnün alimlərindəndir ki, nəql edir: “Həzrət Əli (ə) Kufədə olan zaman insanlara and verib dedi: “Sizi Allaha and verirəm, sizlərdən kimsə Peyğəmbərin (s) sonuncu həccindən sonra dediklərini eşidib ki, buyurub: “O kəsin ki, rəhbər və mövlası mənəm, Əli (ə) onun da rəhbəridir.

Allahım, sev o kəsi ki, Əlini (ə) sevər. Düşmən bil o kəsi ki, onu düşmən bilər”. Bir dəstə ayağa qalxdı və şəhadət verdi. İmam (ə) Ənəs ibni Malikə buyurdu: “Sən də orada idin. İndi şəhadət verirsənmi?”.

Ənəs dedi: “Ey Əmirəl-möminin! Mən qocalmışam və unutmuşam”. İmam (ə) ona buyurdu: “Əgər yalan deyirsənsə, Allah başını ağ xəstəliyə düçar etsin və əmmamə onun ağlığını örtə bilməsin”. O, ölməzdən əvvəl ekzema xəstəliyinə tutulur.

Necə ola bilər ki, insan on yaşından Peyğəmbərə (s) xidmət etsin, hicrətin şahidi olsun və İmam Əli (ə) ilə olan rəftarın şahidi olsun və bu haqqı gizlətsin?

Düşmənçilikdən başqa buna nə səbəb ola bilər ki?!

İslami hədislərdə haqqı gizlədən alimlər haqqında oxuyuruq ki, Peyğəmbər (s) buyurur: “Nə zaman alimə bildikləri haqqında sual verilər və o, gizlədər, Qiyamət günü atəşdən olan yüyəni ağzına vurarlar”.

İmam Əlidən (ə) soruşurlar ki, İblis və Firondan sonra ən pis varlıq kimdir? İmam (ə) buyurur: “Onlar fasid alimlərdir ki, batili deyər, haqqı gizlədərlər. Böyük Allah onların haqqında buyurmuşdur: “Allahın və bütün lənətedənlərin lənəti onlara olsun””.

Ona görə də deyə bilərik ki, haqqı gizlədən alimlər ən pis insanlardırlar. İnsanları yolundan azdırır və İlahi nifrinə düçar olarlar.
(Deyerler.org)

Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930