Həyası olmayanın dini-imanı olmaz
Mьəllif: admin1
Tarix: 28-02-2021, 11:08
Həyası olmayanın dini-imanı olmaz
O kəsin ki, həyası yoxdur - onun dini və ağılı yoxdur. Çox təəssüf ki, bu gün cəmiyyətdə bir nəfər söyüş söyən zaman çox adam onu məzəmmət etmir.

O kəs ki, qeybət edir - kənarından keçən zaman deyirik ki, ürəyini boşaldır və bu, qeybət deyildir. Elə ona görədir ki, bu gün cəmiyyətdə qeybət edənlərin, söyüş söyənlərin, söz gəzdirənlərin sayı artmaqdır. Bütün bu deyilənlərin tək bir səbəbi vardır və o da həyanın olmamasıdır.

Bu cür rəftarları nəinki dinimiz qəbul etmir, hətta ağıl belə, onu rədd edir. Bəs necə ola bilir ki, ağılın rədd etdiyi bu rəftar cəmiyyətdə bu qədər artmışdır?

İmam Hüseyn (ə) buyurur: “O kəsin ki, həyası yoxdur, imanı yoxdur”.

Bəli, bu mübarək hədisdən də göründüyü kimi, həya insanı haramlardan saxlamalıdır və həya insanlarla rabitədə özünü göstərməlidir.

İstər ailədə və dostlarla olsun, istərsə də ictimai həyatda. Heç bir aqil insan özünə xoşagəlməz sözləri nisbət verməz. Çünki şəxsiyyətindən həya edər.

O kəslərin ki, gözləri və dilləri öz kontrolunu itiribdir, o insanların həyası yoxdur. Nə ata və analarına hörmət edirlər, nə də kiçiklərə və böyüklərə.

Allah Təala Quranda möminlərə xitab edərək buyurur: “Mömin kişilərə de ki, (başqalarının ayıb yerləri və yad qadının bədəni kimi baxılması haram olan şeylərlə qarşılaşanda) gözlərini yumsunlar və ayıb yerlərini (görünməkdən) qorusunlar”. (“Nur” 30).

Əhli-Beytdən (ə) buyurulur: “O kəs ki, insanlardan həya etməz, Allahdan da həya etməz”.

Əmirəl-möminin (ə) buyurur: “İffət, həyanın ölçüsü qədər yuxarı qalxar. İnsanın həyası nə qədər çox olarsa, bu insan daha iffətlidir”.

Əgər xilqətin əvvəlinə nəzər salsaq görərik ki, Həzrət Adəm (ə) həyaya malik insan olmuşdur. “Beləliklə (Adəm ilə Həvvanın) hər ikisi həmin ağacdan (onun meyvəsindən) yedilər.

(Birdən onların məxsus cənnət libasları əyinlərindən töküldü və) ayıb yerləri onlara aşkar oldu və onlar cənnət (ağaclarının) yarpaqlarından özlərinə yapışdırmağa başladılar”. (“Taha” 121).

Bəli, həyanın bu qədər fitri dəyəri vardır və xilqətin əvvəlindən insanla bir yerdə olmuşdur. Əgər bu fitri xəzinəni yaxşı dərk edə bilsək və iftat və təfritdən bizi saxladığını da başa düşsək, ona lazımlı dəyəri verərik.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930