İnsan öz ömrünü necə uzada bilər?
Mьəllif: admin1
Tarix: 2-12-2021, 21:54
İnsan öz ömrünü necə uzada bilər?

Cavab: Bu sual bəşər tarixi boyu insanları düşündürmüşdür. Amma bu sahədə araşdırma aparan əksər tədqiqatçılar, məsələyə sırf fizioloji baxımdan yanaşmışlar.

İslam dini fizioloji amillərin insan ömrünə təsirini nəinki inkar etmir, hətta bu sahədə göstərişlər də verir. İnsanın normal yuxu və qidalanma rejimi, onun ömrünün uzunluğunda əhəmiyyətli rol oynayır.

Amma bundan da əhəmiyyətli amillər vardır.Həzrət Peyğəmbər (s) buyurur: «Allah yolunda sədəqə və qohumları yoxlamaq evləri abad edib, ömürləri uzadar»[1].

Həzrət (s) öz buyuruqlarında zinanı məhkum edərək buyurur: «Ey müsəlmanlar, zinadan çəkinin. Onun altı pis nəticəsi vardır ki, üçü dünyada, üçü isə axirətdədir. Zinanın dünya həyatındakı üç təsiri bunlardır: insanın nurunu aparar, kasıblıq gətirər, ömürü qısaldar»[2].

Demək, ömürünün qısalmasından ehtiyatlanaraq ekoloji saf qidalara üstünlük verən insan, öz mənəviyyatına da nəzər salmalıdır. İnsanın şərab içib-içməməsinin,zina edib-etməməsinin, qadının hicablı olub-olmamasının Allah üçün heç bir faydası yoxdur.

İslam dinində nəzərdə tutulmuş bütün həddlər, yalnız və yalnız insanın dünya və axirət səadətini təmin etmək üçündür.

[1] «Təfsiri Nurus-səqəleyn», 4-cü cild, səh. 354.
[2] «Səfinətul-bihar», 2-cild, səh.23.
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930