İmam Zaman ağanın (ə.f) mübarək nəzəri ilə insanın daxilində heyvani meyllər insani meyllərə dəyişilər
Bir nəfər Həzrət Peyğəmbərin (s) yanına gəlir və deyir ki, “Siz buyurmusunuz ki, gərək sağ böyrü üstə yataq. Ancaq mən nə qədər çalışıram ki, sağ böyrü üstə yatım, tez çönüb sol böyrü üstə yatıram. Mən nə edim?”. Həzrət (s) onu qucaqlayır və bir qədər sıxır. Buyurur: “Get, bundan sonra sağ böyrü üstə yatacaqsan”. Həmin şəxs nəql edir ki, “ondan sonra ancaq sağ böyrü üstə yatmağa başladım. Sol tərəfə çevrilməyə meylim olmadı”. Həzrət Peyğəmbər (s) bu şəxsə bir dəfə diqqət etməklə onun əyri meyllərini düzəltdi. Bəli, bəzən meyllər əyri olur və bu meyllər düzəlməyənə qədər biz yenə də əyri yolla gedəcəyik. (Tebyan) Biz insanlar Allahın buyurduğu çox sayda əməlləri qəbul edirik və onları görməyə meyl edirik, ancaq yerinə yetirmirik. Bəzi əməlləri isə qəbul etmirik və istəyirik ki, yerinə yetirməyək, ancaq yerinə yetiririk. Bəs nə üçün? Bəli, biz insanlar yaxşı əməllərin bir çoxunu tanıyırıq. Ancaq ona malik ola bilmirik. Biz gərək qəbul edək ki, islah olmağımız üçün başqa bir yol lazımdır. Bizim bu işimizə gərək Məsumlarımızın (ə) xüsusi inayəti olsun ki, bu tofiqə nail ola bilək. İmam Zamanın (ə.f) nəzəri – həmin yol ola bilər. İmamın (ə.f) qüdrət və əzəməti ondadır ki, əgər insanın qəlbinə nəzər salarsa, həmin qəlb İmamın (ə.f) təsiri altına düşər. Bütün əyrilikləri düzələr. Həzrətin (ə.f) mübarək nəzəri ilə heyvani meyllər insani meyllərə dəyişilər. Bəs nə edək ki, İmama (ə), Peyğəmbərə (s) daha yaxın olaq? O kəsin ki, bəndəliyi çoxdur, o, Peyğəmbərə (s) daha yaxındır. O kəs ki, qəlbini Allaha bağlayıb və daha təvazökar, daha mütidir, Peyğəmbərə (s) daha yaxındır. Həzrət Peyğəmbər (s) buyurur: “Qiyamət günü mənə ən yaxın insan o kəsdir ki, hamıdan çox mənə salavat göndərər”. Çünki insan birini çox istəyəndə onu daha çox yada salar, daha çox dua edər. O kəs ki, Peyğəmbərə (s) çoxlu salavat göndərər, təbiidir ki, Həzrət (s) də onu daha çox sevər. Bəli, salavat – bizi Peyğəmbərə (s) yaxın edə bilən əməldir. Əziz Peyğəmbərimiz (s) buyurur: “Qiyamət günü mənə ən yaxın, ən layiqli kəs o insandır ki, hamıdan çox Muhəmməd (s) və Ali-Muhəmmədə (ə) salavat göndərər”. Salavat göndərərək, Həzrətin (s) xüsusi diqqətini və sevgisini cəlb etməyə çalışaq: “Əllahummə salli alə Muhəmmədin və Ali-Muhəmməd”. /Deyerler.org/ Oxşar xəbərlər
|