Möminin üç sifəti: biri - Allahdan, biri - Peyğəmbərdən (s), üçüncüsü isə İmamdan (ə)
Mьəllif: admin1
Tarix: 3-08-2017, 22:54
Möminin üç sifəti: biri - Allahdan, biri - Peyğəmbərdən (s), üçüncüsü isə İmamdan (ə)
İmam Rzadan (ə) gələn hədislərin birində oxuyuruq: "Mömin, mömin deyildir, məgər o halda ki, onda bu üç sifət olar: bir sifət Allahından, bir sifət Peyğəmbərindən (s) və bir sifət də İmamından (ə)”. 
Həzrət Peyğəmbər (s) buyurur: "Özünüzü əxlaqla və İlahi sifətlərlə xarakterizə edin”. Yəni, baxın görün Allah necədirsə, siz də özünüzü o cür edin. İnsan əgər Allah rənginə boyanmazsa, bəndə olmaz. Həzrət Peyğəmbər (s) ona görə Allah bəndəsi idi ki, Allahın bütün sifətlərini həyatında əks etdirirdi. Əxlaqı və rəftarı İlahi rəngdə idi. İnsan o zaman ki, özünü Allaha bənzədər, o zaman kəramət və möcüzə edə bilər.
Həzrət Peyğəmbər (s) buyurur: "Əgər şeytanlar insanın ürəyini ixtiyarlarına almasaydılar, onlar qeyb aləmini və batinlərini müşahidə edə bilərdilər”.
Bəs mömin Allahdan hansı sifəti götürməlidir? Sirri saxlamaq. Bəs niyə bu qədər sifət içərisində məhz sirri saxlamaq?
Yəni, mömin gərək sirr saxlayan olsun və əgər saxlaya bilməzsə, bu, onun zəifliyindən xəbər verər. Sirri gizlətmək İlahi sifətlərdən biridir və Allah bizimlə bağlı sirləri gizlədər ki, bir yerdə yaşaya bilək. Əgər belə olmasaydı, heç kəs bir-birinin yanında rahat yaşaya bilməzdi. Belə ki, Əmirəl-möminin (ə) buyurur: "Əgər bir-birinizi tanısaydınız və ürəkləriniz bir-biriniz üçün məlum olsaydı, cənazələriniz yer üzərində qalardı və bir-birinizi dəfn etməzdiniz”.
İmam Sadiq (ə) buyurur: "Dostuna o sözləri de ki, əgər bir gün səninlə düşmən olsa, onları sənin əleyhinə istifadə edə bilməsin”.
İnsanlarla mehriban olmaq Peyğəmbərin (s) sifətidir.
İnsanlarla xoş rəftar və mehriban olmaq Peyğəmbərə (s) aid sifətlərdəndir. Bu haqda Allah buyurur: "Həqiqətən, sən (bütün insani əxlaq fəzilətlərinin cəm olduğu) böyük bir əxlaqa maliksən”. ("Qələm” 4).
Əgər onun əxlaqı gözəl olmasaydı, bu qədər inkişaf etməzdi. O qədər təvazökar bir insan idi ki, küçədə gedən zaman uşaqlara salam verər və onlarla oyun oynayardı. Həzrət (s) buyurardı: "Necə ki, Allah mənə vacibatları yerinə yetirmək üçün əmr vermişdir, insanlarla mehriban olmağım üçün də əmr vermişdir”. O, insanlarla mehriban olduğuna görə onlar Həzrətin (s) ətrafına toplaşardılar.
Səbirli olmaq İmamların (ə) sifətidir.
Həqiqi mömin gərək səbirli olsun və hövsələli olsun. Əgər ərlə arvad səbirli olarlarsa, xoşbəxt olarlar. Əgər ictimai məsələlərdə səbirli olarsa, o zaman irəli gedə bilər. Əcələ və tələskənlik insana ancaq ziyan vurar. Səbir insanın həyatında aparıcı rol oynayar. Elə ona görə də Məsum İmamlarımız (ə) bizi həmişə səbirli olmağa dəvət edərlər.
Beləliklə deyə bilərik ki, əgər həqiqi mömin olmaq istəyiriksə, gərək bu üç sifəti unutmayaq və onlara yiyələnək. Bu sifətlər: sirri gizlətmək, mehriban, əxlaqlı olmaq və səbirli olmaqdır.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930