Hansı hallarda namazı dayandırmaq olar?
Sual: Hansı hallarda namazı dayandırmaq olar? Cavab: Dörd halda namazı dayandırmaq olar: 1. İnsan öz canı və malını qorumaq üçün namazı dayandıra bilər; 2. Namaz zamanı tələbkar verdiyi borcu tələb edərsə və namazı dayandırmadan borcu qaytarmaq mümkün olmazsa; 3. Namaz gedişində insan başa düşsə ki, məscid murdarlanmışdır; 4. Rükuya getməmişdən azan və iqamənin yaddan çıxdığı yada düşdükdə. Sual: Kafir kimdir? Cavab: Allahı inkar edən, Ona şərik qoşan, həzrət Məhəmmədin (s) peyğəmbərliyinə inanmayan, namaz və oruc kimi zəruri dini hökmləri inkar edən kəs kafirdir. Sual: On iki imamı qəbul etməyən kəs müsəlmandırmı? Cavab: Əgər bir müsəlman on iki imamdan birinə qarşı düşmən münasibətdə olarsa, o murdar sayılır. Sual : Şərab murdardırmı? Cavab: Şərab və insanı məst edən bütün mayelər murdardır. Oxşar xəbərlər
|