Birinci Səlib Yürüşü və Səlahəddin Əyyubi
Böyük Ərəb Xilafətinin yaranması və dünyada elm və mədəniyyət ocağına çevrilmiş İslam dünyası XI əsrdə xristian dünyasının yuxusuna haram qatmışdı. Klisə öz nüfuzunu itirmiş, indiki Avropa dövlətlərinin əcdadları isə süqut astanasında idi. Bütün bunların çıxışı isə xristian aləmi üçün yalnız bir idi – özlərində olmayanı, olanlardan almaq.
1095-ildə Fransanın Klermo şəhəri yaxınlığındakı düzdə keçirilən geniş yığıncaqda Roma papası II Urban nitq söylədi. O, xalqı qılınca sığınmağa və müsəlmanları "kafir" adlandırmaqla "dünyanı onlardan təmizləməyə" çağırdı. Bəhanələr bir olsa da, səbəblər hərə üçün müxtəlif idi: feodalların varlanmaq hərisliyi, cəngavərlərin nüfuzlarını bərpa etmək istəyi, xristian ruhanilərinin yeni torpaqlar ələ keçirmək arzusu, yoxsulların isə azad olmaq cəhdi. I Səlib müharibəsi 1096-ilin yazında başlandı. Bu müharibədə yoxsul kəndlilər iştirak edirdilər. Bizans imperatoru onları Kiçik Asiyaya keçirdi. Səlcuq Müsəlman İmperiyası səlibçiləri qılıncdan keçirdilər. 1096-cı ilin payızında Fransa, Almaniya və İngiltərənin feodallarının başçılığı altında cəngavərlər Şərqə doğru hərəkət etdilər. Onlar Kiçik Asiyada səlcuqları məğlub etdilər. 3 ildən sonra 1099-iIdə Qüdsə çatıb oranı tutdular. Lakin, onların bu özbaşınalığı uzun sürmədi. 1096-cı ildə başladılan birinci Səlib yürüşü zamanı xaçlı orduları Yaxın Şərqə çatdığında müsəlmanlar, aralarında müxtəlif anlaşılmazlıqlar və çəkişmələr yaşanan əmirliklərə bölünmüşdülər. Bu səbəbdən Avropadan gələn barbar işğalçılara qarşı müqavimət göstərə bilmədilər. 1099-cu ildə Qüdsdə dəhşətli qırğın törədildikdən sonra qurulan Xaçlı Krallığı uzun illər müsəlmanların bölünməsindən faydalanmışdı. Ancaq böyük İslam sərkərdəsi Səlahəddin Əyyubinin müsəlman əmirliklərini öz hakimiyyəti altına alıb birləşdirməsi ilə müsəlmanlar xaçlı işğalçılara qarşı mübarizə aparmaq gücünə sahib oldular. Lakin müsəlmanların xaçlıları məğlub etməsi elə də asan deyildi. Səlahəddin Əyyubi müsəlmanları bir bayraq altında birləşdirərkən, eyni zamanda elmi və əxlaqi dirçəliş də başlatmışdı. Elm və din alimlərinə himayədarlıq etmiş, onların istifadəsi üçün universitetlər və məscidlər qurdurmuş və İslam dünyasının faydalanması üçün bir çox əsər yazdırmışdı. Elmi, əxlaqi və imani dirçəliş müsəlmanların siyasi birliyi ilə birləşincə, İslam mədəniyyəti yenidən daha da yüksəldi: Səlahəddin Əyyubinin rəhbərliyi altında birləşmiş İslam ordusu 1187-ci ildə Hittin döyüşündə daxili parçalanma və narahatlıq yaşayan xaçlpərəstlər ordusunu məğlub edib, ardınca Qüds daxil olmaqla səlibçilərin işğalı altındakı Fələstin torpaqlarının demək olar ki, hamısını azad etdi. Səlahəddin Əyyubinin və onun öndərliyində qurulan İslam Birliyinin ən diqqət çəkən tərəfi isə Quran əxlaqının tələbi olan ədalət, mülayimlik və sülhsevərlik kimi xüsusiyyətləri ən gözəl şəkildə təmsil etməsi idi. Səlib yürüşlərindən avropalıların qazandıqları da oldu: qısa ifadə etsək, İslam mədəniyyəti, o cümlədən, gigiyenası ilə tanışlıqları və onu özləri üçün ibrət götürmələri idi. /Deyerler.org/ Oxşar xəbərlər
|