İnsanın 1 atom qədər xeyir işi də Allahın hesab-kitabından kənar qalmır
Allah-taala buyurur ki, sizə kiçik bir atom qədər belə, hesab-kitabınızda zülm olunmayacaqdır və əgər xeyir işlər görsəniz, Allah onun qarşısında sizə böyük mükafat verəcəkdir.
Zirək insanlar həmişə o kəslərlə ticarət edərlər ki, onlarda bu iki sifət olsun: qarşı tərəf xəyanətkar olmasın və onu aldatmasın. İkincisi isə mənfəət əldə edə bilsin. Allah Təala Quranda dəfərlərlə buyurur ki, onunla ticarət edənlərə heç bir zaman zülm olunmaz və ikincisi isə onların xeyir əməllərinin qarşısında böyük mükafat verəcəkdir. “Şübhəsiz, Allah (heç kəsə) zərrə qədər də zülm etməz və əgər həmin miqdarda yaxşı əməl mövcud olsa onu (onun savabını, yaxud eynini axirətdə) ikiqat artırar və Öz tərəfindən böyük bir savab (mükafat) əta edər”. (“Nisa” 40). Bu gün atom ən kiçik şeydir ki, ona zərrə demək olar. Allah buyurur ki, sizin hesabınızda bir atom ağırlığında belə sizə zülm olunmayacaqdır. “Biz Qiyamət günü (əqidə, sifət və əməlləri ölçmək üçün) ədalətli ölçü və tərəzilər qoyacağıq. Beləliklə heç kəsə heç bir şəkildə zülm olunmayacaq və onların haqlarından kəsilməyəcək. Əgər (insanın əməli kiçiklik baxımından)xardal dənəsi ağırlığında olsa belə, onu (tərəziyə) gətirəcəyik. Bizim haqq-hesab çəkən olmağımız kifayətdir”. (“Ənbiya” 47). Yəni, ey insan! Əgər bu dünyada xeyir iş görsən, axirətdə onun faydasını neçə qat alacaqsan. Əgər bu dünyada zərrə qədər şər iş görsən və ürəyin qəflətdə olsa, bunun da cavabını axirətdə alacaqsan. “Hər kim bir zərrə ağırlığında yaxşı iş görmüşsə, onu(n qarşılığını, yaxud eyni ilə təcəssümünü) görəcəkdir. Və hər kim bir zərrə ağırlığında pis iş görmüşsə, onu görəcəkdir”. (“Zəlzələ” 7-8). Bəli, zərrə qədər dedikdə məsələn o zaman nəzərdə tutulur ki, naməhrəm qadın vurduğu ətirlə neçə naməhrəm kişinin hisslərini bir-birinə vurar. Zərrə qədər dedikdə o zaman nəzərdə tutulur ki, dostunla ictimai şəbəkələrdə gözəl sözləri paylaşırsan, ancaq həyat yoldaşına üzünü turşudursan. Zərrə qədər dedikdə o zaman nəzərdə tutulur ki, naməhrəm qadın naz və qəmzə edərək, cəmiyyətdə yol gedər. Zərrə qədər dedikdə o zaman nəzərdə tutulur ki, haram mal satan insanla səmimi olub deyib-gülürsən və bilmirsən ki, bu söhbətin səmimiyyəti sənin üçün günah yazılacaqdır. Bütün bu zərrə qədər deyilənləri heç birimiz diqqətə almırıq. Ancaq bu zərrələr yığılır və hesabımızın ağırlaşmasına səbəb olur. Ona görə də zərrəni kiçik hesab etməyin. Ola bilsin ki, əvvəldə sizə kiçik görünsün, əgər irəli gedərsə, təhlükəli nəticələr gətirəcəyi məlum deyildir. Aman o gündən ki, pərdələr çəkilər və bu zərrələr yığılıb hesabı bizim üçün ağır edər. “Gizlin sirlərin aşkar olacaqı (beyinlərin imanı və küfrü, nəfslərin fəzilətləri və rəzilətləri, qəlblərin sirləri və əməllərin gizliləri meydana çıxacağı) gün”. (“Tariq” 9). Başqa bir tərəfdən isə Allah zərrə qədər yaxşı əməlləri çox gözəl qiymətə bizdən satın alar. Az mal alıb, qarşılığında çox dəyər verər. Oxşar xəbərlər
|