Quranda imam Əli (ə) ilə hz Fatimənin izdivacı ilə bağlı ayə varmı?
Mьəllif: admin1
Tarix: 16-09-2015, 09:24
Quranda imam Əli (ə) ilə hz Fatimənin izdivacı ilə bağlı ayə varmı?

İslaminsesi.org xəbər verir ki, hicri-qəməri tarixi ilə bugün zil-hiccə ayının biridir. Zil-hiccənin ilk günü islam tarixindən baş vermiş mübarək bir hadisənin şahididir. Belə ki, bu gündə müsəlmanların birinci imamı Əli ibni Əbi-Talib (ə) və hz peyğəmbərin (s) qızı hz Fatimeyi-Zəhra (ə) evlilik həyatına qədəm qoymuşlar.

Əbu-Bəkr ibni Əbu-Quhafə və Ömər ibni Xəttab hz Əlidən (ə) öncə hz Fatimə (ə) üçün peyğəmbərin yanına gəlib elçilik edəndə, Allahın rəsulu onlara "Mən bununla bağlı vəhy gözləyirəm" deyə cavab verdi.

Hz Əli (ə) gəldikdə isə Allahın elçisi sevinib, "Allahu Əkbər" dedi. Bu mübarək hadisə ilə bağlı nəql edilmiş hədislər açıq aydın göstərir ki, bu iki məsumun izdivacı ilahi bir hökm əsasında baş tutmuşdur.

Doğrudur ki, Qurani-Kərimdə möminlərin əmiri ilə hz Fatimənin (ə) izdivacı barədə birbaşa dəlalət edən ayə yoxdur. Lakin dolayısı yolla bu mübarək hadisəni çatdıran bir neçə ayəni təqdim etmək mümkündür.

Elə Fatimeyi-Zəhra (ə) ilə bağlı nazil olan "Kövsər" surəsi və onun sonuncu ayəsi buna şahiddir

"Biz sənə çoxlu xeyir verdik. Buna görə namaz qıl və qurban kəs. Sənin düşməninin özü sonsuzdur"

Sonuncu ayə Məhəmməd peyğəmbəri övladı olmadığına görə sonsuz adlandıran As ibni Vaillə bağlıdır. O peyğəmbərə sonsuz dedikdə Allahın rəsulu narahat olur. Bundan sonra surə nazil olaraq, peyğəmbərə sən sonsuz olmayacaqsan, sənin nəslin hz Əli (ə) və hz Fatimə (ə) vasitəsilə davam edəcəkdir.

Bəzi təfsirçilərin rəyinə görə, Rəhman surəsində isə bu mübarək evlilik belə təsvir edilir:

"İki dənizi O qovuşdurdu (bir-birinə qovuşmaq üçün açıb buraxdı)..... Onlardan (o iki dənizdən) inci və mərcan çıxar." (Rəhman surəsi 19 və 22-ci ayələr)

Bəzi alimlər, mərcan və incini isə İmam Hüseyn və İmam Həsənlə bağlı olduğunu bildirirlər.
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930