İmam Zamanın (ə) nəzərini necə cəlb etmək olar?
Mьəllif: admin1
Tarix: 16-09-2015, 15:04
İmam Zamanın (ə) nəzərini necə cəlb etmək olar?

Əgər şiələrimiz -Allah onları öz itaətinə müvəffəq etsin- bizim əhdi-peymanımızı yerinə yetirməkdə yekdil olsaydılar heç bir zaman onların bizimlə görüşmə səadəti təxirə düşməzdi.

Özünü paklaşdırma və İmam Zamanı (ə) həmişə yad etməklə yanaşı ictimai ərsədə O İmamın hədəflərini də həyata keçirməyə çalışmalı və zühura zəmin yaratmalıyıq.

İmam Zamanın (ə) nəzərini necə cəlb edə bilərik?

Cavab: Qurani-kərim və hədislər aşkarcasına təkid edir ki, insan düzgün əqidə sahibi olandan sonra artıq əməl məqamına növbə çatır; insanı Allaha və İlahi Hüccətə yaxınlaşdıra biləcək yeganə şərt vəzifələri (vaciblər və haramlar) yerinə yetirməkdə çalışqanlıq etməsidir.

Nəql edilən hədisdə deyilir ki, İmam Zaman (ə) buyurdu: "Əgər şiələrimiz -Allah onları öz itaətinə müvəffəq etsin- bizim əhdi-peymanımızı yerinə yetirməkdə yekdil olsaydılar heç bir zaman onların bizimlə görüşmə səadəti təxirə düşməzdi". (əl-İhticac, Təbərsi, cild: 2, səh.315)
Həmçinin buyurur: "Sizlərin hər biriniz elə əməl etməlidir ki, bizim məhəbbətimizə yaxınlaşa bilsin və bizim qəzəbimizə yaxınlaşdıran işlərdən çəkinsin".(əl-İhticac, Təbərsi, cild: 2, səh.323 və 324)

Bu gözəl sözlər onu göstərir ki, insanın Allaha və Onun Hüccətinə yaxınlaşması üçün ən yaxşı vasitə insanın fərdi olaraq özünü paklaşdırmasıdır. Əlbəttə ki, İmam Zamanı hər bir an və hər ləhzə yad edib xatırlamağın bu yöndə çoxlu faydaları var; nə qədər gözəl olardı hər an və ləhzələrimizi İmam Zamanın (ə) yadı və xatirəsi ilə başlayaq və belə də sona çatdıraq. Nə qədər gözəldir hər günün müəyyən saatını İmam Zamana salam verməyə ixtisas verək; nə qədər yerinə düşərdi İmam Zamanın (ə) niyyətindən namaz, oruc və sədəqə kimi ibadi əməllər yerinə yetirək.

Şübhəsiz ki, özünü paklaşdırma və İmam Zamanı (ə) həmişə yad etməklə yanaşı ictimai ərsədə O İmamın hədəflərini də həyata keçirməyə çalışmalı və zühura zəmin yaratmalıyıq.

Doğurdan da ola bilərmi ki, insan belə yaşasın və İmam Zamanın (ə) nəzərini özünə cəlb edə bilsin?

nardaranpiri.com
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930