Dinimizin nəzərində cavanlarla ünsiyyət üslubu
Mьəllif: admin1
Tarix: 16-09-2015, 15:06
Dinimizin nəzərində cavanlarla ünsiyyət üslubu

Düşmənlər bir millət məhv etmək üçün ilk növbədə cavanların sorağına gedirlər və onların sağlam ruhiyyə ilə böyümələrinə əngəl olarlar...

İmam Əli (ə) cavanların tərbiyəsi haqqında buyurur: "O zaman ki, cavanı danlayırsan, ona xatasından qayıtmaq üçün yol qoy ki, dava etməyə vadar olmasın".

Cavanlar cəmiyyətin mühüm üzvləridir. Hər bir millətdə dostları və düşmənləri yanında xüsusi yerə malikdirlər. Bu təbəqənin xüsusilə mütəxəssisləri mədəniyyətdə, siyasətdə və iqtisadiyyatda böyük dəyişikliklər etməyə qadirdir. Ona görə də düşmənlər bir millət məhv etmək üçün ilk növbədə cavanların sorağına gedirlər və onların sağlam ruhiyyə ilə böyümələrinə əngəl olarlar.

İmam Sadiq (ə) Əbu Cəfər Əhula buyurur: "İnsanlar İmaməti necə qəbul etdilər?" Dedi: "Allaha and olsun ki, onlar azdırlar. Nə istədilər, onu da etdilər". İmam (ə) buyurdu: "Cavanlarla məşğul ol, çünki onlar xeyir işə daha çox tələsəndirlər".

İmam Əli (ə) buyurur: "O zaman ki, məsləhətə ehtiyac duyursan, ilk əvvəl cavanlarla məsləhətləş. Çünki onlar tez dərk edən və tez ehtimal verənlərdir. Sonra onu qocaların düşüncəsinə burax ki, son nəticəni onlar seçsinlər. Çünki onların təcrübəsi daha çoxdur".

Musəb ibni Əmir cavan bir gənc idi və valideynləri ilə bir yerdə rifah içində yaşayırdı. O, Məkkədən çıxmamışdı. İslam dinini qəbul edəndən sonra vadeynləri onu incitməyə başladılar. O, Peyğəmbərlə (s) bir yerdə Əbi Talib dərəsində mühasirədə idi. Elə bu günlərdə Əsəd ibni Zərarə və Zəkvan ibni Qeys Məkkəyə gəlir. Onlar Peyğəmbərin (s) yanında müsəlman oldular. Onlar Həzrətdən (s) istədilər ki, Mədinəyə bir nümayəndə göndrəsin. İslam dinini onlara öyrətsin. Həzrət Peyğəmbər (s) Musəbə əmr edir ki, Əsədlə bir yerdə Mədinəyə getsin və Mədinə əhlinə İslam dinini öyrətsin. Musəb də Mədinədən xaric olur, yəni hicrət edir və çox sayda cavanları İslam dininə hidayət edir".

İmam Əli (ə) oğlu İmam Həsənə (ə) yazdığı məktubda yazır: "Həqiqətən, cavanların qəlbi boş torpaq kimidir. Orada nə əksən, qəbul edər". İmam Sadiq (ə) buyurur: "Yolunu azmış qrupların sizi qabaqlamamışdan qabaq siz cavanları hədislə tanış edin".

İmam Əli (ə) buyurur: "Cavanlara göstəriş verin ki, polemika fənnini öyrənsinlər". İmam Baqir (ə) buyurur: "İmam Əli (ə) nökəri Qulam ilə bazara gedir. Satıcıdan qiyməti 5 dirhəm olan iki köynək alır. Satıcı deyir ki, köynəyin biri 3 dirhəmdir və o birisi isə 2 dirhəmdir. İmam Əli (ə) buyurur: "Hər ikisini də gətir. Ey Qənbər! Sən 3 dirhəmlik köynəyi götür". Qənbər dedi: "Ey Əmirəl-möminin! Siz bu köynəyə məndən daha layiqlisiniz. Çünki minbərə gedirsən və insanlarla söhbət edirsən". İmam (ə) sonra buyurdu: "Ey Qənbər! Sən cavansan, cavanlıq istəklərin vardır. Mən Allahımdam həya edirəm ki, özümü səndən üstün edəm".

İki böyük İmam – İmam Baqir (ə) və İmam Sadiq (ə) buyurur: "Əgər Əhli-beyt (ə) davamçılarından elə bir cavan tapsam ki, dinşünaslığı öyrənmir, onu tərbiyə etməyə çalışaram".

Beləliklə deyə bilərik ki, cavanların qəlbi boş torpaq kimidir və ora nə əksən, onu qəbul edər. Hər kim ölü torpağı dirildər, o zaman onun maliki olur, hər kim cavanı hansı əqidəyə aşılayarsa, ona hakim olar.

Dinə hidayət edən təbliğatçılar ilk növbədə cavanları İlahi elmlə tanış etməlidirlər./Tebyan/

nardaranpiri.com
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031