Həzrəti Əlinin (ə) vilayətini inkar edənlərin aqibəti
Mьəllif: admin1
Tarix: 16-09-2015, 15:13
Həzrəti Əlinin (ə) vilayətini inkar edənlərin aqibəti

Cabir ibn Abdullah Ənsari belə nəql edir:

"Günlərin birində həzrət Əli (ə) camaat qarşısında moizə edirdi. Əvvəldə Allaha həmd-səna etdikdən sonra buyurdu: "Burada Məhəmmədin səhabələrindən dördü siz camaatın qarşısındadır. Dediyim bu dörd nəfər bunlardır:
1. Ənəs ibn Malik.

2. Əş`əs ibn Qeys.

3. Bəra ibn Azib Ənsari.

4. Xalid ibn Yəzid Bəccəli.

Sonra bu dörd nəfərin hər birindən təkbətək bu sualı soruşdu. Əvvəlcə üzünü Ənəs ibn Malikə tutub dedi:

"Ey Ənəs! Məgər sən Peyğəmbərin(s) mənim haqqımda dediyi bu sözləri eşitməmisən ki,–"Hər kimin mövlası mənəm, Əli də onun mövlasıdır.”

Bunları eşitdiyin bir halda inkar etmiş olsan, Allah-təala səni bərəs (dəri xəstəliyi) xəstəliyinə düçar edəcək. Bu xəstəlikdən əmələ gələn ağ ləkələr başını və üzünü tamamilə bürüyəcək. Elə bir vəziyyətdə olacaqsan ki, əmmamə ilə də bu ağ ləkələri gizlədə bilməyəcəksən.”

Sonra Əş`əs ibn Qeysə dedi: "Ey Əş`əs! Sən Peyğəmbərdən (s) mənim haqqımda eşitdiyinə şəhadət verməsən, ömrünün sonunda Allah-təala hər iki gözünü kor edəcəkdir.”

"Ey Xalid ibn Yəzid! Sən isə haqqı eşidib gizlətmiş olsan, Allah-təala səni cahillər kimi öldürəcək!”

Sonda üzünü Bəra ibn Azibə tutub dedi: "Ey Bəra ibn Azib! Bunlar sənə də aiddir. Əgər sən də Peyğəmbərin (s) mənim haqqımda dediklərini dansan, Mədinəyə hicrət etdiyin yerdə öləcəksən.”

Bu dörd nəfər Qədir-Xum günündə Peyğəmbərin (s) Əli (ə) haqqında dediklərini inkar etdilər.

Cabir ibn Abdullah Ənsari deyir:

"Allaha and olsun, bir müddətdən sonra Ənəs ibn Malikin bərəs xətəliyinə tutulduğunun şahidi oldum. O, üz-gözündəki ağ ləkələri əmmaməsi ilə də gizlədə bilmirdi.

Ənəs ibn Qeysin hər iki gözünün kor olduğunu gördüm. O, deyirdi:

"Allaha çox şükürlər olsun ki, Əlinin (ə) nifrini bu dünyada gözlərimin korluğu ilə sona yetdi. Nə yaxşı ki, O (Əli (ə)) məni əbədi əzabla nifrin etməyib. Yoxsa həmişəlik axirətdə əzab içində olardım.

Xalid ibn Yəzidin öz evində öldüyünü və ailəsinin onu evdə basdırmaq istədiklərini eşitdim. Amma "Kində” qəbiləsi bunu eşidib onun evinə hücum çəkir və cahiliyyət dövrünün adəti üzrə onu evinin qapısının kənarında basdırırlar.Beləliklə, də o, cahillər kimi axirət evinə yollanır.

Müaviyə, Bəra ibn Azibi Yəmənə hakim tə`yin etmişdi. O Yəməndə, yə`ni Mədinəyə hicrət etdiyi yerdə və zalım hakim olduğu bir halda dünyadan köçdü.

İmam Hüseyndən (ə) belə rəvayət olunur: "Cö`də (Əş`əs ibn Qeysin qızı) atasının Əli (ə) ilə düşmənçilik etdiyini bilirdi. Ona görə də deyirdi ki: Əli (ə) onu alov boğazı adlandırmışdı.O bu adın səbəbini soruşanda, Həzrət buyurdu: "Əş`əsin ölüm vaxtı yetişəndə göydən boğaza oxşar alov şö`ləsi ona tərəf gələcək. Bu alov onu yandırıb qara kömürə döndərəcək.”

Belə də oldu. O, can verdiyi vaxt, və`d edilən həmin alovun onu yandırdığını gördülər. Əş`əs fəryad çəkib qışqırırdı: "Necə də pis imiş Əli (ə) ilə düşmənçiliyin nəticəsi.”
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930