"On şey sizin qəlbinizi öldürüb"
Bir gün Peyğəmbərdən (s) soruşdular: "Nə üçün bizim dualarımız qəbul olunmur? Bir gün Peyğəmbərdən (s) soruşdular: "Nə üçün bizim dualarımız qəbul olunmur? Halbuki, Allah-təala buyurur: "Məni çağırın, Mən də sizə cavab verim." Həzrət (s) buyurdu: "On şey sizin qəlbinizi öldürüb: 1. Allahı tanıyıb öz bəndəlik vəzifələrinizi yerinə yetirməmisiniz. 2. Qur'anı oxuyub ona əməl etməmisiniz. 3. Peyğəmbərlə dost olduğunuzu iddia edirsiniz, lakin övladları ilə düşmənçilik etdiniz. 4. Şeytanla düşmən olduğunuzu deyirsiniz, lakin onun ardıcıllarındansınız. 5. Dediniz ki, behişti istəyirik, lakin heç bir əməl yerinə yetirmədiniz. 6. Dediniz oddan qorxuruq, lakin bədənlərinizi ora atdınız. 7. Camaatın eyiblərini araşdırmaqla məşğul oldunuz, lakin öz eyiblərinizdən xəbərsiz oldunuz. 8. Dünyaya düşmən olmağınızı dilə gətirdiniz, lakin var-dövlət toplamaqla məşğul oldunuz. 9. Ölümü iqrar etdiniz, lakin ona hazırlaşmadınız. 10. Ölüləri torpağa tapşırdınız, lakin bundan ibrət almadınız. Bütün bunlara görə də dualarınız qəbul edilmir." Oxşar xəbərlər
|