Allahın dinində möhkəm və sabit olma yolları
Mьəllif: admin1
Tarix: 10-05-2023, 15:28
Allahın dinində möhkəm və sabit olma yolları
Müsəlmanların yaşadığı hazırkı cəmiyyə tlərin vəziyyəti, od-alovundan iztirab çəkdikləri müxtəlif fitnə-fəsadlar və günahlar, dinin qəribə görünməsinə və bu dindən yapışanlar barədə:

"Onun dinində bərk-bərk yapışan, əlində qaynar kömürü bərk-bərk saxlayana bənzər" kimi qəribə bir misalın yaranmasına gətirib çıxaran müxtəlif şəhvət və şübhələr.

Ağıl və kamalı olan hər bir kəs üçün şübhə doğurmur ki, bu günün müsəlmanları Allahın dinində möhkəm və sabit olmağa aparan yollardan əvvəlki müsəlmanlara nisbətən daha bərk yapışmalıdır, çünki zəmanənin pisliyi, pozğunluğu, müsəlmanlar arasında birliyin və bir-birinə əl tutmağın azlıq təşkil etməsi, bir sözlə, bütün bunlar bizdən bu zərurətin həyata keçirilməsi üçün bütün lazımi səy və cəhdləri əsirgəməməyimizi tələb edir.

Uca və böyük Allah müqəddəs kitabında Peyğəmbərinin (s) dili və onun rəngarəng həyatı vasitəsilə sabitliyin bir çox yollarını bizə açıqlaması təbii ki, Onun bizə olan rəhm və mərhəmətinin bariz nümunəsidir.

1. Müqəddəs Quran dində sabit olmağın ən ilkin metodudur. O, Allahın möhkəm ipi və aydın bir nurdur.Kim ondan bərk yapışsa, Allah onu qoruyar, kim onu əlində rəhbər tutsa, Allah-təala onu xilas edər və kim də insanları onun buyurduğu əmr və qadağalara riayət etməyə çağırsa, Allah-təala onu doğru yola yönəldər.

QURAN qəlbə iman toxumları səpir, qəlbi Allaha bağlayaraq onu (qara ləkələrdən və çirkin niyyətlərdən) təmizləyir.

QURAN möminin qəlbinə elə sərin və zərərsiz halda nazil olur ki, fitnələrin qasırğası belə, qəlbə yaxın gələ bilmir və o Allahın zikri ilərahtlığını tapır.

QURAN müsəlmanı sayəsində yaşadığı cəmiyyəti qiymətləndirmək (islah etmək) iqtidarına malik olduğu idrak hissi və əlaqi dəyərlərə, hər bir şərait və hadisələrə müvafiq qərəzsiz hökmlər müəyyənləşdirən bir çox ölçülərlə təmin edir.

2. Allahın təyin etdiyi qayda-qanunları rəhbər tutmaq və saleh əməl.Yaxşı əməllərin başında fitnə (çətinlik) üz verərsə, onlardan dində sabit olmalarını gözləmək olarmı?! Peyğəmbər üçün ən sevimli iş az da olsa (kiçik bir iş) davamlı olanıdır.

3. Dua. EY RƏBBİMİZ! BİZİ DOĞRU YOLA YÖNƏLTDİKDƏN SONRA ÜRƏKLƏRİMİZƏ ŞƏKK-ŞÜBHƏ SALMA! EY RƏBBİMİZ! BİZƏ BOLLUCA SƏBR VƏ DİZİMİZƏ QÜVVƏT VER!

4. Allahı yada salmaq. "Ey iman gətirənlər! Bir dəstə (kafir dəstəsi) ilə üz-üzə gəldikdə möhkəm olun və Allahı çox yada salın ki, bəlkə nicat tapasınız!" (Ənfal 45)

Yusif (ə) mənsəb sahibi,gözəl qadın olan Zuleyxanın fitnəsi qarşısında əyilməmək üçün hansı vasitə ilə Allahdan yardım istədi? Məgər o, Allahın pənahgah qalasına sığınmadımı?

5.Allahın köməyinə və gələcəyin islamın olmasına tam qətiyyətlə inanmaq.

6. Batilin mahiyyətini öyrənmək və ona əsla inanmamaq.

7. Cənnətin ləzzəti, Cəhənəmin əzabı barədə düşünmək və ölümü yada salmaq.

"Şübhəsiz: "Rəbbimiz Allahdır!" - deyən, sonra da (sözündə) düz olan kəslərə (ölüm ayağında) mələklər nazil olub (belə deyəcəklər):"Qorxmayın və kədərlənməyin! Sizə vəd olunan Cənnətlə sevinin!" (Fussilət 30)



www.Ahlibeyt.ge
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930