İmam Baqirin (ə) uşağın peyğəmbərliyi barədə suala cavabı
Mьəllif: admin1
Tarix: 7-07-2022, 18:34
İmam Baqirin (ə) uşağın peyğəmbərliyi barədə suala cavabı

"Ey Əba Xalid! Adəmin xilqətindən bu günə kimi yer üzü bir gün də belə Allahın insanlara təyin etdiyi höccətsiz qalmayıb."

Qütbü Rəvəndi və başqaları öz sənədləri ilə Yəzid Kənnasidən nəql edirlər ki, Əbu Cəfərə (ə) ərz etdik ki, İsa peyğəmbər beşikdə danışan zaman öz zamanəsinin insanları üçün Allahıın höccəti idimi?

Həzrət buyurdu: "İsa o zaman beşikdə peyğəmbər və Zəkəriya üçün Allahın höccəti idi. O halda da, danışarkən və ondan söz salarkən, Allahıın nişanəsi və Allah tərəfindən xalqa bir rəhmət idi."

Habelə, o zaman onun sözlərini eşidən hər bir kəsə peyğəmbər və höccət idi. Sonra İsa (ə) sakit oldu və iki il heç kəslə danışmadı.

Bu zaman Zəkəriya insanlara höccət idi. Onu vəfatından sonar Yəhya (ə) uşaqlıqda kitab və hikməti varisi oldu.

İsa (salam olsun ona) yeddi yaşa çatanda ona nazil olan ilk vəhlə peyğəmbərlik xəbəri verildi. Bu zaman o Yəhya və bütün xalqa höccət oldu. Ey Əba Xalid! Adəmin xilqətindən bu günə kimi yer üzü bir gün də belə Allahın insanlara höccətisiz qalmayıb.

Yəzid Kənnasi deyir: Həzrətə ərz etdim: Əli ibn Əbu Talib (ə) Allahın Rəsulunun (s) zamanında Allahın bu ümmətə höccəti idimi?

Həzrətə buyurdu: Bəli, belə idi. Ona itaət etmək Allahın Rəsulunun (s) həyatında və vəfatından sonra da insanlara vacib idi. Lakin Allahın Rəsulu (s) ola-ola o, sükut etdi və danışmadı.

Ona görə ki, Allahın Rəsulu (s) öz həyatında ümmətə və Əliyə (ə) itaəti vacib olan şəxs (vacib əl-itaət) idi. Əli (ə) həkim və alim idi.

Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930