Mən nə üçün cəzalanmalıyam?
Mьəllif: admin1
Tarix: 25-09-2015, 10:57
Mən nə üçün cəzalanmalıyam?

İkinci xəlifənin dövründə Misir valisi Əmr As idi. Əmr Asın oğlu gənc bir kəndli ilə söhbət edərkən onun üzünə bir sillə vurdu. O kəndli gəncin atası Əmr Asın yanına gəlib qisas hökmünün icra edilməsini tələb etdi: “Mənim oğlum döyülüb, sənin oğlun da döyülməlidir!” Əmr As etina göstərməyib, onu qovdu.
Kəndli ata və oğul Mədinəyə gəldilər. Məsciddə xəlifəyə yaxılaşıb əhvalatı danışdılar. Xəlifə dərhal məktub yazıb Əmr Asın və oğlunun Mədinəyə gəlməsini əmr etdi. Onları məscidə gətirib dedi ki, bu kəndli oğlan valinin oğlundan qisas almalı, valinin özü də cəzalandırılmalıdır. Vali dedi ki, mən nə üçün cəzalanmalıyam? Dedi ona görə ki, oğlun sənin qüdrətinə arxalanaraq bu işi görüb. Sonra xəlifənin tarixdə mövcud olan bir cümləni söyləməsi nəql olunur. O, Əmr Asa belə dedi: “Siz nə vaxtdan bəri bu xalqı öz qulunuz etmisiniz, halbuki anaları onları azad doğub?!”
Bu, İslam məntiqidir. İslamda azadlıq bir mədəniyyət kimi formalaşıb. Yoxsa xəlifə öz valisini cəzalandırmaq istəyərkən bu cümləyə və belə bir əsasa istinad etməzdi. Ona görə bəlli olur ki, bu məsələni hamı bilirdi. İnsanların azad olmaları, analarından azad doğulmaları, onları özünə kölə etməyə, onların azadlıqlarını almağa heç kəsin haqqının çatmaması o zamankı İslam ümmətinin tanıdığı və onların arasında geniş yayılmış mədəniyyətin tərkib hissəsi idi.

Ayətullah Xamenei

Vilayet.nur-az.com
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031