Həyat yoldaşları arasında məhəbbəti artıran amillər
Mьəllif: admin1
Tarix: 17-10-2022, 11:09
Həyat yoldaşları arasında məhəbbəti artıran amillər

Sevgi və məhəbbət – ailə ocağını möhkəm edən amillərdəndir ki, Quran da bizlərə onu tövsiyə edir.

Ərlə arvad arasında sevginin olması - İlahi əmrdir. Ananın övladına bəslədiyi kimi, İlahi nemətdir.

Allah həm valideynlər və həm də valideynlə övlad arasında sevgi yaradar və sonra da bu sevgini övladları arasında bölüşdürər. Bütün ailə üzvlərinin vəzifəsi – bu İlahi hədiyyəni qorumaqdır.

Bunu bilmək lazımdır ki, sevgi insanın şəxsiyyətini alçaltmaz, əksinə məhbub olmağına səbəb olar.

İmam Əli (ə) buyurur: “Üç şey məhəbbətə səbəb olar: gözəl əxlaq, gözəl rəftar və təvazökarlıq”.

Ona görə də deyə bilərik ki, sevgiyə səbəb olan ilk amil - gözəl əxlaqdır. Hər bir insan fitri olaraq gözəl əxlaqa malik olan insanları sevər.

kinci amil gözəl rəftardır. O zaman ki, valideyn övladları ilə dost olar, onları ictimai təhlükələrdən daha çox qoruya bilər.

Üçüncü amil - təvazökarlıqdır. Təvazökar olmaq insanı sevimli edər.

Həzrət Peyğəmbər (s) buyurur: “Təvazökarlıq insanın izzət və dəyərini artırar. Ona görə də təvazökar olun ki, Allah sizi böyük etsin”.

Biz bilməliyik ki, birgə yaşadığımız insan mələk deyildir, sadəcə bir bəşər övladıdır. Heç kəs eybsiz və nöqsansız deyildir. Ona görə də qarşı tərəfi eybləri ilə qəbul edib, sevmək lazımdır.

Məhəbbəti artıran amillər:

1. Gözləntiləri azaltmaq. Qarşı tərəfdən çox şey gözləmək ərlə arvad arasında olan sevgini azaldar. Hər bir insanın zəif və qüvvətli tərəfləri vardır. Həyat yoldaşları gözləntilərini azaltsalar, o zaman sevgi və məhəbbət də çox olar.

2. Sevgini bəyan etmək. Allahın verdiyi bu neməti dilə gətirmək lazımdır. Sevgi dolu sözlərlə ailə ocağını möhkəm saxlamaq olar.

Həzrət Peyğəmbər (s) buyurur: “Əgər kişi həyat yoldaşına desə ki, “səni sevirəm”, bu sevgi dolu sözün təsiri heç bir zaman ürəyindən çıxmaz”.

3. Hədiyyə vermək. Hədiyyə vermək sevgi və məhəbbəti artırar. İslam təlimlərimiz bizə söyləyir ki, kişi evə gələn zaman və xüsusilə də səfərdən qayıdan zaman ailə üzvləri üçün hədiyyə almalıdır.

4. Gözəl əxlaq. Gözəl əxlaq səbəb olar ki, ailə ocağı daha isti olsun. Gözəl əxlaqı ailədə daha çox kişi göstərməlidir, çünki o, ailənin yükünü çiynində daşıyar və məsuliyyət sahibidir. Kişidən sonra bu, evin xanımının və övladlarının vəzifəsidir.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930