İNSANDAN ƏVVƏL BAŞQA İNSANA BƏNZƏR CANLILARIN YAŞAMASI. BAŞQA ULDUZLAR VƏ PLANETLƏRDƏ...
Mьəllif: admin1
Tarix: 27-09-2015, 11:09
İNSANDAN ƏVVƏL BAŞQA İNSANA BƏNZƏR CANLILARIN YAŞAMASI. BAŞQA ULDUZLAR VƏ PLANETLƏRDƏ...

Uca Yaradan daim yaratmaqdadır. İnsanlar Onun əzəmətli sənət əsərlərinin yalnız bir hissəsidir. Yaradanın bəşər övladı kimi sonsuz məxluqları vardır və onlar bütün aləmi doldurmuşlar. Bu məxluqların bəziləri bizim aləmdən kənarda qərar tutan aləmlərdə, bəziləri isə maddi aləmin özündə yaradılmışlar. Maddi aləmdə də mümkündür ki, iç-içə çoxlu aləmlər yaradılmış olsun. Yaxud da maddi aləmin digər bir guşəsində, insanın əli çatmadığı bir yerdə müxtəlif məxluqlar olmuş olsun. Hədislərə də nəzər salan zaman insanın Allahın (c.c) yer üzərində yaratdığı ilk canlı olmadığını., onun kimi müxtəlif məxluqların xəlq olunduğunu görürük. Hədislərə görə insandan əvvəl yer üzündə digər canlılar da yaşamış və sonradan məhv olub getmişlər. Uca Yaradan daim yaratmaqla məşğuldur. İnsandan sonra da Allah- Taala yaratmağına davam edəcəkdir. Allah-Taala əvvəl və axırdır. Əvvəliyyətində yaratdığı kimi, axıra kimi də yaradacaqdır. İmam Əlidən nəql olunan bir hədisdə yer üzərində insandan əwəl canlılann olduğuna işarə edilir. İmam (ə) buyurur:
"Allah-Taala yer üzərində cin və nəsnas tayfalarının yaşayışından yeddi min il keçəndən sonra Adəmi yaratmaq istədi... AIlah-Taala göy təbəqələrini yararaq mələklərə dedi: "Mənim yer üzərində yaratdığım cin və nəsnaslara bir baxın!". Mələklər yer üzünə baxan zaman onların yer üzündə günah, fəsad etdiklərini və qan tökdüklərini gördülər".("İləluş şəraye", 1-cicild, səh.105.)
Hədisdən də göründüyü kimi Adəmdən (ə) əvvəl yer üzündə cin və nəsnas kimi canlılar yaşamışdır. Nəsnas tayfalan insana oxşar, cinlərdən də fərqli bir quruluşda olmuşlar. Onlann da yaşayış tərzi insanlann yaşayış tərzinə bənzər olub. Müəyyən vaxtdan sonra onlar məhv olaraq aradan getmişlər. Başqa bir hə- disdə İmam Sadiq (ə) səhabələrindən birinə buyurur:
"Ola bilsin elə güman edirsiniz ki, Allah-Taala sizdən başqa bir bəşər yaratmamışdır? Xeyr bu belə deyil! Allah-Taala sizdən başqa min-min adəmlər yaratmışdır. Siz o adəmlərin ən sonunda qərar tapmısınız"("Səduqun tövhidi", səh.277).
Digər bir hədisdə İmam Baqir (ə) buyurur: "Allah-Taala yerdə onu yaratmamışdan əvvəl yeddi başqa aləm yaratmışdır. Bu aləmlərin əhalisinin heç biri Adəmin nəslindən deyildi. Allah (c.c) onları yer qabığından xəlq etdi. O (c.c), onları öz aləmləri ilə növbə ilə yer üzündə sakin etdi. (Sonda növbə insanların atası Adəmə yetişdi) AIIah-Taala onu və onun nəslini yaratdı".
Bu hədislər insanın yaradılmış məxluqlardan biri olduğunu bəyan edir.
Başqa bir hədisdə İmam Sadiq (ə) buyurur:
"Allah-Taala on iki min aləm xəlq etmişdir. O aləmlərin hər biri yeddi qat göy və yeddi qat yerdən daha böyükdür. O aləmlərin əhalisinin heç biri Allahın onlardan başqa aləmləri də yaratdığını bilmir" ("Xisal", 2-ci cild, səh.639)
Bu hədis isə aləmlərin sonsuz olmasına dəlalət edir. Maraqlı da burasıdır ki, bu aləmlərin heç birinin digərindən xəbəri yox- dur. Hər aiəmin özünə münasib olan yaradılış sistemi vardır və bu sistemlər də bir-birindən fərqlənir. Sonsuz aləmlərin birinin digərindən xəbərinin olmaması, onların, yaradılışın müxtəlif gu- şələrində qərar tapmalanna görədir. Yaxud da mümkündür ki, bir-birlərindən fərqli yaradılış mərhələsində qərar tapmış olsunlar. Əvvəlki bəhslərdən də aydın olduğu kimi uca Yaradan aləmləri mərtəbə-mərtəbə xəlq etmişdir. Hər mərtəbənin qərar tutduğu mənzil digərinkindən fərqlidir. Bu səbəblə də aşağı mərhələ yuxarı mərhələdən xəbər tuta bilmir.
Hər bir aləmin qərar tutduğu məqam, onların məxluqlan, mahiyyətləri nə elmə, nə də insanlara məlum deyil. Bu cür də digər aləmlərin əhalisi digərlərindən bixəbərdir. Hədisdə deyildiyi kimi:
"O aləmlərin əhalisinin heç biri Allahın (c.c) onlardan başqa aləmləri də yaratdığını bilmirlər".
Bütün bunlar insanın bilmədiyi bir çox şeyin olduğunu və adəm övladının cəhalət dənizində boğulduğunu göstərir. İnsana bu cür tamamilə qaranlıq olan mətləblərdən digəri də onun dünyadan əvvəlki taleyidir. İnsan dünyadan əvvəl hansı aləmlərin olduğunu və özünün də hansı aləmlərdə qərar tutduğunu bilmir. İnsan həm dünyadan əvvəl, həm dünya və həm də dünyadan sonrakı aləmlərdə qərar tutar. Lakin bununla belə dünyadan əvvəlki insan dünyadakından, dünyadakı insan da dünyadan sonrakı insanın taleyindən bixəbər olar. Hal-hazırda bu yazılan oxuyursunuzsa, o zaman bilməlisiniz ki, yaradılış seyrinizin ikinci, yəni dünya mərhələsindəsiniz. Yaradılış seyrinin birinci, yəni dünyadan əvvəlki mərhələsində olan dünyada yazılan bu yazılan oxuya bilmir, çünki o hələ bu aləmə qədəm qoymamışdır. Dünyadan sonrakı insan üçün isə artıq hər şey gecdir və bu yazılann onun üçün heç bir faydası yoxdur. Elə isə bu yazıları diqqətlə oxuyun! Çünki bu yazılar sizin dünyadan əvvəlki həyatnıza aiddir. Heç bir kəsin düşünmə-diyi, yadına belə gəlmədiyi dünyadan əvvəlki, gizli taleyi.

BAŞQA ULDUZLAR VƏ PLANETLƏRDƏ CANLILAR VƏ YAŞAYIŞ VARMI?

Əvvəlki bəhslər aləmlərin, məxluqlann sonsuz olması barəsində idi. Deyilənlərdən məlum olur ki, Allah-Taala aləmin hər bir yerini məxluqlan ilə doldurmuşdur. Mümkündür ki, biz onlann varlıqlarından bixəbər olaq. Başqa planetlərdə yaşayışın olması bütün alimləri düşündürən bir mövzudur. Bu barədə hərə bir fıkir deyir. Bəziləri "uçanboşqabları" misal göstərərək başqa planetlərdə yaşayışın olmasını qəbul etdikləri halda, digərləri bunu qeyri-mümkün hesab edirlər. İnsan istəyərdi ki, bu sualın cavabının dində olub-olmamasını bilsin. Başqa planetlərdə yaşayışın olub-olmaması günümüzdə ən aktual mövzulardandır. Bu sualı mərhum Əllamə Təbatəbaidən soruşurlar:
"Görəsən yerdən başqa planetlərdə, ulduzlarda bəşər və insan vardır? "
Əllamə Təbatəbai belə cavab verir: "Allah-Taala buyurur:
"Göylərin, yerin yaradılışı və o ikisində yaydığı canlılar Onun nişanələrindəndir" (Şura -surəsi, ayə 29).
Bu şərif ayədən məlum olur ki, digər planetlərdə də "canlılar" vardır". (“Əllamənin hüzürunda”, səh -41)
Ayə göylər və yerdə müxtəlif növ canlıların mövcud olduğuna işarə edir. Allah (c.c) göylər və yeri yaratmış, sonra isə onları müxtəlif canlılarla doldurmuşdur. Göylər və yerin hər güşəsi Allahın (c.c) xəlq etdiyi mövcudlarla zəngindir. Göydə müxtəlif planetlər, ulduzlar vardır. Ayəyə görə bu planetlərdə də uca Yaradan məxluqlarını yaratmış və orda qərar vermişdir.
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930