Peyğəmbərin (s) nəhy etdiyi və məkruh saydığı qırx əməl
Allah-taala “Həşr” surəsinin 7-ci ayəsində buyurur: “Rəsulumuzun sizin üçün gətirdiyi hər bir şeyi qəbul edin və qadağan etdiyi bütün şeylərdən uzaq olun.” 1-Qızıl və gümüş qabda xörək yemək.. 2-Heyvanı yandırmaq. 3-cinsi əlaqə zamanı üzü qibləyə olmaq... 4-Kişilərin ipək paltar geyinməsi... 5-Kişilərin qızıl üzük taxması.. 6-Cadugərlərə müraciət etmək. 7-Nərd oynamaq, tar və tənbur (Simli şərq musiqi alətlərindən biridir) çalmaq. 8-Qeybət etmək və ona qulaq asmaq. 9-Xəbərçilik etmək və xəbərçi edənə qulaq asmaq. 10-Günaha sövq edən məsələlər haqqında danışmaq. 11-Sələm almaq və yalandan şəhadət vermək. 12-Tualetdə üzü qibləyə oturmaq. 13-Yuxunu nəql edərkən yalan danışmaq. 14-Cənabətli halda məsciddə oturmaq. 15-Qəzəblənmək və başqaları ilə əlaqəni kəsmək. 16-Təkəbbürlə yol getmək. 17-Qadının mehriyyəsi barəsində zülm etmək. 18-Şəhadəti gizləmək. 19-Qonşuya əzab-əziyyət vermək. 20-Yoxsul bir müsəlmanı təhqir etmək. 21-Naməhrəmə baxmaq. 22-Əza məclislərində qadının növhə deməsi və ona qulaq asmaq. 23-Fırıldaqçılıqla məşğul olmaq və insanları aldatmaq. 24-Həyat yoldaşına əzab-əziyyət vermək. 25-Pis işləri kiçik saymaq, nəzərə kiçik gəlsə də belə. 26-Heyvanın ayaqlarını (çubuqla) vurmaq. 27-Ev əşyalarını qonşudan əsirgəmək. 28-Meyvəni yetişməmişdən qabaq satmaq. 29-Cənabət halında yemək. 30-Hamamda misvak vurmaq. 31-Ağız və ya burun suyunu məscidə atmaq. 32-Məscidi keçid yolu qərar vermək. 33-Yola və barlı ağacın altına bövl etmək. 34-Suya bövl etmək. 35-Bal arısını öldürmək. 36-Allahdan qeyrisinə and içmək. 37-İmam cümənin xütbə oxuduğu vaxt söhbət etmək. 38-Misdən, yaxud dəmirdən düzəldilmiş üzük taxmaq. 39-Heyvanlar kimi su içmək. 40-Yeməyi isti-isti yemək. Oxşar xəbərlər
|