İmam Əli (ə) necə dəstəmaz alardı?
İmam Əli (ə) o insandır ki, Həzrət Peyğəmbər (s) vəfatından əvvəl onun haqqına riayət olunmasını insanlara əmr etmişdi. Həzrət Peyğəmbər (s) öz sevimli qardaşından və şagirdindən bir gün belə ayrı qalmağı sevməzdi. Həzrət (s) buyurardı ki, hər kim nicat tapmaq istəyirsə, gərək Quranla yanaşı, İmam Əli (ə) ilə də rabitə qursun. İmam Əlinin (ə) ləqəblərindən biri də Natiqi-Qurandır. Bu söz ona boş yerə şamil olmamışdır. Həzrət Peyğəmbər (s) özü buyurmuşdur ki, “Əli (ə) Quranladır və Quran da Əli ilədir”. Həzrətin (ə) Quranla bir yerdə olmasının iki mənası vardır: Biri budur ki, Həzrət Əlinin (ə) əməllərinin batini Qurana tam uyğun idi. Bu yolla Həzrətin (ə) həyat tərzinə nəzər salaraq, Quran təlimlərini öyrənə bilərik. Biri də budur ki, Quran ayələri zahiri şəkildə Həzrətin (ə) həyatında mövcud idi. Həzrət Əlinin (ə) aldığı dəstəmaz başdan-başa Quran ayələrinə uyğun şəkildə idi və Həzrətin (ə) dəstəmaz zamanı dediyi dualar Quran ayələrinə əsaslanırdı. İmam (ə) dəstəmaz almağın ədəbini oğlu Muhəmməd Hənəfiyyəyə bu cür öyrədir. İmam Sadiq (ə) də onu bizim üçün nəql edir və buyurur: “Həzrət suyu sol əlinə tökür və buyurur: Suyu pak edən qərar verən Allaha həmd olsun. “Biz göydən (yağış, qar və dolu şəklində özü) pak (olan) və pak edən bir su nazil etdik”. (“Furqan” 48). Burnunu pak edən zaman buyurardı: Allahım, behişt iyini mənə haram etmə. Məni o kəslərdən qərar ver ki, iyini və xoşluğunu hiss edərlər. “Onların Rəbbi yanındakı mükafatları (evlərinin və ağaclarının) altından çaylar axan Ədn cənnətləridir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan razıdır və onlar da Allahdan razıdırlar. Bu (mükafat) öz Rəbbindən qorxan kəslər üçündür”. (“Bəyyinə” 8). Sonra ağzını yuyar və buyurardı: Allahım, dilimi Öz zikrinlə qaytar və məni o kəslərdən qərar ver ki, onlardan razı olursan. «Sinəm daralır (sıxılır) və (danışarkən) dilim tutulur. Odur ki,(vəhy mələyini) Haruna göndər (onu mənə köməkçi et)». (“Şuəra” 13). Sonra üzünü yuyar və buyurardı: Allahım, üzümü ağ et o gün ki, üzlər qara olacaqdır. Üzümü qara etmə o gün ki, üzlər ağ olacaqdır. “Bəzi üzlərin ağ və bəzi üzlərin qara olacağı gündə!”. (“Ali-İmran” 106). Sonra sağ qolunu yuyan zaman buyurardı: Allahım, əməl dəftərimi sağ əlimə ver və behişt bağlarını cavidanlığını sol əlimə. “Əməl dəftəri sağ əlinə verilən şəxs, (sevinclə) deyər: «Alın (ey insanlar) mənim kitabımı (əməl dəftərimi) oxuyun»”. (“Haqqə” 19). Sonra sol qolunu yuyar və buyurardı: Allahım, əməl dəftərimi sol əlimə vermə və onu boynuma qıfıllama. Atəşin parçalarından Sənə pənah aparıram. “Amma (əməl) dəftəri sol əlinə verilən şəxs deyər: «Kaş (əməl) dəftərim mənə verilməyəydi!»”. (“Haqqə” 25). “Zəncirlər və halqalar boyunlarına bərk bağlanaraq yerdə (Cəhənnəmə) sürükləndikləri zaman!”. (“Ğafir” 71). Sonra başına məsh çəkərək buyurur: Allahım, rəhmətinlə, bərəkətinlə və əfvinlə məni ört.“Kimin əməl dəftəri arxa tərəfindən (başının üstündən) (sol əlinə) verilərsə”. (“İnşiqaq” 10). “Beləliklə küfr etmiş kəslər üçün oddan libaslar kəsilmişdir və (Cəhənnəmdə) onların başlarına qaynar su töküləcəkdir”.(“Həcc” 19). Sonra ayaqlarına məsh çəkərək buyurar: Allahım, o gün ki, ayaqlar titrəyəcəkdir, ayaqlarımı Siratda sabit et və səyimi Öz rizan yolunda qərar ver. “Ey iman gətirənlər! Əgər Allaha (Onun peyğəmbərinə, dininə və kitabına) yardım etsəniz, Allah da (məqsədlərinizə çatmaqda) sizə yardım edər və qədəmlərinizi möhkəmləndirər”. (“Muhəmməd” (s) 7). “Andlarınızı öz aranızda fəsad və hiylə alətinə çevirməyin ki, məbada (sizin İslam və əməl yolundakı)qədəm(iniz) möhkəmləndikdən sonra titrəsin”. (“Nəhl” 94). “Və kim axirəti istəsə və mömin olan halda axirət üçün ona layiq tərzdə çalışsa, onda belə şəxslərin səyləri qəbul ediləcək və mükafatlandırılacaqdır”.(“İsra” 19). İmam Əli (ə) dəstəmaz alandan sonra buyurur: “Hər kim mənim kimi dəstəmaz alar və mən dediklərimi deyər, Allah suyun hər damcısından mələk xəlq edər ki, Allaha təsbih və həmd edər. Savabı isə həmin şəxs üçün yazılar”. www.ahliman.info Oxşar xəbərlər
|