Fürsətləri qənimət bilmək
Mьəllif: admin1
Tarix: 30-11-2024, 12:47
Fürsətləri qənimət bilmək
İnsanın öz nigaranlıqlarının məhsulu olaraq düzgün həyat seçməsi, nələrin birinci dərəcəli, nələrin ikinci dərəcəli olmasını müəyyən etməsinə və bunu gündəlik həyatda tətbiq etməsinə bağlıdır.

Bu tətbiqin effektivliyi insanın həyat yolunda olan fürsətlərdən nə dərəcədə yararlanmasından asılıdır. Bu nurani imkanlardan bəhrələnmək tofiqatın nəsib olması, bu fürsəti əldən verməmək üçün həm ruhi, həm psixoloji, həm cismani baxımdan hazır olmaq gərəkdir.

Təbərrük üçün fürsətlə bağlı dinimizin tövsiyələrinə nəzər salaq. Həzrət Əli (ə) buyurur: «Fürsətlər - qənimətdir».

Gördüyümüz kimi, burada fürsətlərin mahiyyəti açılır. Fürsətlər qənimət ilə müqayisə edilir. Hansı ki, insan üçün son dərəcə böyük mənfəət və xeyir vəd edən kateqoriyaya işarədir.

Həzrət Əlidən (ə) nəql edilən digər hədisdə buyrulur: «İşlər öz zamanlarının girovlarıdır».

O işlər ki, insana lazımdır, əhəmiyyətlidir, insanın varlığı üçün mühümdür, onlar məhz o saatarda, o günlərdə görülər ki, bunun üçün ən müvafiqdir.

Əgər bütün işlər insanın özü üçündürsə, onun xeyir-aqibəti üçündürsə, onun bu fürsətlərdən, müvafiq saatlardan, günlərdən, dönəmlərdən bəhrələnməməsi absurd olardı.

O inkişafın mənası və perspektivi olmaz ki, insanın vücudi fürsətlərdən yararlanmasına maneə törədir. Bu baxımdan, işlərin öz zamanının girovu olması bunların məhz ən əlverişli, ən uyğun vəziyyətdə yerinə yetirilməsinə dəlalətdir.

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031