Düzgün matəm mərasimlərinin xüsusiyyəti
Mьəllif: admin1
Tarix: 15-10-2015, 09:45
Düzgün matəm mərasimlərinin xüsusiyyəti

Əzadarlıq və matəmin iki cəhəti vardır: Biri məzmun və verilən məlumatlar və edilən söhbətlər baxımındandır. İkincisi isə,onu zahiri və fiziki şəkili, keçirilmə qaydalaı ilə bağlıdır.

Matəm mərasimlərinin keçirilməsində riayəti lazım olan br sıra məqamlar vardır.

Matəm mərasimlərinin əslində olar- olmazları hansılardır? Bununla bağlı Hüccətül islam vəl müslimin Fəllahzadəyə müraciət etdik.

Sual: Əhli- Beyt (ə) tərəfindən tövsiyə edilən matəm mərasimləri hansı şəkildə keçirilməlidir?

Cavab: Əzadarlıq və matəmin iki cəhəti vardır: Biri məzmun və verilən məlumatlar və edilən söhbətlər baxımındandır. İkincisi isə,onu zahiri və fiziki şəkili, keçirilmə qaydalaı ilə bağlıdır.

Məzmun cəhətindən deyilən məlumatlar haram və şəriətə zidd informasiyalar olmamalıdır. Yəni yalan, saxta, şişirtmə olmasın, məzhəbdə süstlük və gülünclük əmələ gətirməsin, İmam Hüseynin (ə) məqamını aşağa salmasın, başqa məsumlara hörmətsizlik sayılmasın.

Habelə, dindarlar və matəm məclisində iştirak edənlərin də hörməti gözlənilisn. Yəni ki, onlara verilən informaisya və deyilən kəlamlar etibarlı qaynaqlara söykənsin, Əhli- Beyt (ə) məktəbinin ümumi əqidə və prinsipləri ilə təzadda olmasın, məsum dini rəhbərlərin məram və amalları ilə ziddiyyət təşkil etməsin.

Matəm qayda və üslublarına gəldikdə isə, deməliyik ki, matəm mərasim və ayinləri haramlara bulandırılmamalı, məsələn, haram musiqi və s... vasitlərlə icra edilməməlidir. Məzhəbə ləkə gətirməməli və onu yüngül göstərməməlidir, yəni düşmənin əlinə sujet verən işlər görülməməlidir. Onlar bu fürsətlərdən istifadə edib şiəlik və şiələrin dünyada bədnam olmasına çalışırlar.

(Ayətullah - üzma Seyid Əli Xameneinin fətvalarına uyğun hazırlanmışdır)/shabestan/

nardaranpiri.com
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031