HƏZRƏTİ MƏHDİ ƏLEYHİSSALAMIN DÜNYƏVİ ZÜHURU BARƏDƏ MÜJDƏ
İmam Əli (əleyhissalam) bir gün camaata xitabən buyurdu: “Hökmən dünya dönüklük və ipə-sapa yatmazlıqdan sonra onu sağana süd verməkdən çəkinən və onu balası üçün saxlayan tünd xasiyyətli dəvə kimi bizə tərəf üz gətirəcək və bizə mehriban olacaqdır.” Sonra “Qəsəs” surəsinin 5-ci ayəsini tilavət buyurdu ki: “Bizim iradəmiz bu qərarladır ki, dünya yoxsullarına (kamil nemət) minnəti bəxş edək və onları yer üzünün rəhbər və varisləri qərar verək.” Şiə alimləri ilə birlikdə bu sözü yuxarıdakı ayəyə qoşmaqla İmam Məhdi (əleyhissalam)-ın qiyamına bir işarə dir. Buna görə ki, yalnız o Həzrətin dünya hökuməti zamandındadır ki; “Dünya müstəzəfləri hakimiyyəti ələ alarlar və yalnız o zamandadır ki, camaat iştiyaq və mehribanlıqla Əli və ali Əli (əleyhissalam) məktəbinə doğru üz tutarlar. (Buna əsasən biz gərək belə böyük hökumətin zəminəsini qoymaq üçün himmət edək) və yuxarıdakı ayədə müstəzəflərin hökumət-lərinin Həzrət Musa (əleyhissalam)-ın rəhbərliyi altında Firon və fironçuların əleyhinə yaranan hökumətin nəvididir ki, ilahi hökumətə müjdə verir və tağutların müqabilində mövqe tutaraq onları tarixin zibilxanasına tullayır. Məgər belə bir hökumət Ali Muhəmmədin Həzrəti Məhdisinin səlləllahu əleyhi və alihi və səlləm dünya hökumətindən başqası ola bilərmi?! Bu ayə və bundan sonrakı ayə beş mühüm mövzuya işarə edir: 1) Allah müstəzəfləri kamil nemətə çatdırır 2) Onları xalqın rəhbəri edir 3) Onları zalımların hökmünə varis edir 4) Onlar qüdrətli və möhkəm hökumət sahibi olacaqlar 5) Allah onların qüdrətini düşmənlərə göstərir. Yuxarıdakı beş mövzuya diqqət və xüsusilə də Əli (əleyhissalam)-ın sözündəki “ələyna” kəlməsinə diqqət et (biz əhl-beytə tərəf üz döndərirlər) Buna əsasən yuxarıdakı söz Həzrət Məhdi (ə.c)-ın müslih hökumətinin yaranmasına aid nəviddir! Ceferiler.com Oxşar xəbərlər
|