İmkanlı olmaq üçün İmam Əlidən (ə) mühüm tövsiyələr
Mьəllif: admin1
Tarix: 10-04-2020, 11:08
İmkanlı olmaq üçün İmam Əlidən (ə) mühüm tövsiyələr
Hər bir zaman və məkanda insanların əksər hissəsi ya rifaha çatmaq, ya həyatındakı düyünləri açmaq üçün pula ehtiyac duymuşdur.

İmam Əli (ə) imkanlı olmaq üçün bizə "Nəhcul-bəlağə”də 5 yol göstərmişdir:

1. Allah Təaladan daha çox ruzi istəmək.

İmam Əli (ə) Allahdan ruzi istəyən zaman buyurur: "Allahım! Bərəkət, ruzi və rəhmət süfrəni bizlər üçün aç. Bizi faydalı və doyuzduran və bitkiləri cücərdən yağışla sirab et. Əldən getmişləri cücərt və ölmüşləri dirilt. Elə bir mənfəətli yağış ki, ağacların susuzluğunu aradan aparar. Ondan əmələ gələn məhsul çox olar. O yağış ki, hamar torpaqları onunla sirab edərsən. Çayları axıt və ağacları çox yarpaqlı və qiymətləri ucuz edərsən. Sən hər şeyə qadirsən!”.

2. Tövbə və günahdan çəkinmək.

Ruzini artıran amillərdən biri də tövbə və günahdan əl çəkməkdir. Bu haqda İmam Əli (ə) buyurur: "Allah bəndələrini pis əməlləri zamanı meyvə azlığı, bərəkəti saxlayaraq, xeyir qapılarını bağlayaraq imtahana çəkər ki, tövbə etsinlər. Tövbə edərək günahkar insan günahdan ürəyini ayırar. Nəsihət alan nəsihət alar. Günahdan çəkinən, günahdan çəkinər”.

Bu, o deməkdir ki, Allah Taəla günahkar bəndələrinə kömək edər ki, özlərinə gəlsinlər, İlahi rəhmətə qayıtsınlar. Əlbəttə, bu rəhmət müalicə həkimi kimidir.

İmam (ə) buyurur: "Sübhan Allah tövbəni ruzinin və xəlqə olan rəhmətinin artması üçün səbəb qərar verər”.

Sonra bu ayəni tilavət edir: "Və dedim ki; «Öz Rəbbinizdən bağışlanmaq diləyin. Çünki O, çox bağışlayandır». «Göydən (buluddan) sizə bol yağış göndərsin». «Və sizə mal-dövlət və oğullar (əta etməklə) yardım etsin, sizin üçün bağlar yaratsın və sizin üçün çaylar axıtsın». ("Nuh” 10-12).

3. İnfaq.

Ruziyə təsir edən amillərdən biri də infaqdır. İmam Əli (ə) buyurur: "Ruzinin nazil olmasını sədəqə ilə istəyin”.

Dünya əhli belə hesab edir ki, insan öz malından başqalarına infaq edən zaman malı azalar. Ancaq dini mədəniyyətdə infaq, artıma səbəb olar.

İnfaq sərvətin və ruzinin artmasına gətirib çıxardar. Əgər bir insan bu həqiqəti qəbul edərsə və onu isbat etmək yerinə, həyata keçirərsə, şübhəsiz ki, müsbət nəticə əldə edəcəkdir.

Ancaq əgər bu məsələni qəbul etmək kiminsə üçün çətindirsə, yaxşı olar ki, infaq edən bir insanı tapsın və suallarını ona versin.

4. Zəkat vermək.

İmam Əli (ə) buyurur: "Allah imanı şirkdən pak olmaq üçün vacib buyurmuşdur. Namaz təkəbbürdən uzaq olmağa, zəkat isə ruziyə səbəb olar”.

Bu zəkat həm müstəhəb ola bilər ki, insanların arasında sədəqə adı ilə məşhurdur. Həm vacib zəkat ola bilər ki, bunun özü də üç dəstəyə bölünür:

1. O zəkat ki, insan malının 9-na aiddir. Bu zəkat mal zəkatı adı ilə məşhurdur.

2. Fitr zəkatıdır ki, fitriyyə adı ilə məşhurdur. Bütün müsəlmanlar onunla tanışdırlar.

3. İslam ümmətinin zənginlərinin bəzi malları gərək müsəlman yoxsullara təqdim edilsin. "Zariyat” surəsinin 19-cu ayəsi də bu mövzuya işarə edir.

5. İqtisadi sahədə müvəffəqiyyət qazanmış insanlarla həmkarlıq etmək.

İmam Əli (ə) bu haqda buyurur: "O insanlarla ki, ruzi onlara üz çevirmişdir, şərik olun. Çünki bu şəriklik güc əldə etməyə və bəhrələnməyə daha layiqlidir”.

İmam (ə) bu nurani kəlamları ilə elə insanlara işarə edir ki, bir tərəfdən İlahi istedadlarını işə salıblar və o biri tərəfdən isə qazanc əldə edən zaman dinin buyurduqlarına riayət edərlər. Nəticədə Allah-Təala onlara daha çox mal tofiqi əta edir.

Ancaq bir çoxları bu istedadlardan bəhrələnmirlər. Ona görə də İmam Əli (ə) onlara tövsiyə edir ki, yuxarıda təsvir edilən insanlarla həmkarlıq etsinlər.


Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930