Fransız filosofu: “Qərb dünyası İmam Hüseynin (ə) fədakarlığına ehtiyac duyur”
Mьəllif: admin1
Tarix: 6-10-2018, 10:25
Fransız filosofu: “Qərb dünyası İmam Hüseynin (ə) fədakarlığına ehtiyac duyur”
Professor Pyer Durtgi Livan televiziya kanalına müsahibə verən zaman demişdir: "Qərb İmam Hüseyn (ə) haqqında, xüsusilə 18 və 19-cu əsrdə çox danışmışdır.

Volter İmam Hüseyn (ə) şəhadəti və onun cavanlara qoyduğu təsir haqqında yazmışdır. Onun haqqında ehtiramla danışmışdır. Kitabının iki yerində ona işarə etmişdir.

Bununla çalışmışdı ki, İslam haqqında əvvəllər dediklərini düzəldə bilsin. Almanlar və fransızlar bu haqda çox sözlər demişdilər.

Fransada Kont Diqo Binu İrana səfərindən sonra Aşura gününü bizə bəyan etmişdi. Bu bizə çatan ən mühüm məlumatlardan olmuşdur. Deyə bilmərəm ki, fədakarlıq yenidən dirçələcəkdir. Bu təqribən qeyri-mümkündür.

Biz Qərbdə İmam Hüseyn (ə) fədakarlığı kimi bir fədakarlığa malik deyilik. Bu məsələ ki, o, fəda olmuşdur, biz xristianlar tərəfindən dərk edilə bilən bir məsələdir. Ancaq burada Peyğəmbərin (s) yaxınlarından söhbət gedir.

Onu ardıcılları öldürürlər. Bu nəinki zehinlərə, bəlkə hisslərə də təsir edir. Biz insanlara deməyilik ki, məsələ rəqəm, hesab və kitab məsələsi deyildir. O, hər şeyini əldən vermişdir. Ancaq qələbə qazanmışdır. O, İmam Hüseyndir (ə)!

Belə fikirləşirəm ki, bu gün ardınca getməli olduğumuz məsələ - İmam Hüseyni (ə) daha yaxından tanımaqdır. Bunun üçün təkcə Aşura və tarixi tanımalı deyil, həm də bilməliyik ki, fədakarlıq sözün əsl mənasında tərbiyə məsələlərində daha çox olmalıdır.

Bu o şeydir ki, bu gün əldən vermişik. İmam Hüseyn (ə) kamil şəkildə fədakarlıq etdi. Bu, insanlığın sifətlərindən biridir. Bu, özünü Allah yolunda fəda etməkdir. Əgər İmam Hüseyn (ə) bu işi görməsəydi, İslam bu yerə çatmazdı".


Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031