HÜSEYNİ SEVƏNİ ALLAH SEVƏR
Mьəllif: admin1
Tarix: 19-10-2015, 11:37
HÜSEYNİ SEVƏNİ ALLAH SEVƏR

Hicrətin 60-cı ili, Şəban ayının üçüdür. Qaranlıq öz kölgəsini Peyğəmbər şəhəri Mədinəyə salmışdır. Gecə qaranlığı, zülm və istibdad qaranlığı, cəhalət və nadanlıq qaranlığı. İmam qaranlıqları sevməz. Bu gecə imam Hüseyn (ə) onları nura çevirmək niyyətindədir.
Mədinə daha Hüseynin (ə) yeri deyil. Mədinədə qalmaq məhv olmaq, islam düşüncəsinin, Peyğəmbər və Əli zəhmətlərinin əldən çıxması deməkdir. İmam isə din keşikçisidir. Bu səbəbdən buradan getmək, hicrət etməkdən başqa çıxış yolu görmür. Gecənin qaranlığında düşmənlərin gözündən uzaq, camaatın xəbəri olmadan.
O, elə bir şəhərlə vidalaşmalı idi ki, yaxın keçmişində əziz babasının şanlı hökumət mərkəzi, vəhy əmanətçisi Cəbrailin və Quranın nazil olduğu yer olmuşdur. O Mədinə ki, 56 il qabaq, yəni Hicrətin 4-cü ilində orada dünyaya gəlmiş və mələklər onun bələyindən təbərrük etmişdilər. O Mədinə ki, illərlə orada ona xüsusi əzəmət və gözəllik bəxş etmişdi.
O dövrdən çox keçirdi. Xalq Əhli-beytin əzəmətini Peyğəmbərin onlarla rəftarında müşahidə etmişdi. Peyğəmbərin öz qızı Fatimənin əlini necə öpdüyünü, balaca Hüseyni qucağına alıb öpərək öz çiyinlərinə çıxardığını hələ unutmamışdılar. Elə həmən bu Mədinədə Təthir ayəsi nazil oldu:
«İnnəma yuridullahu liyuzhibə ənkumur-ricsə əhləl bəyti və yutəhhirəkum təthirən».
Həmən Mədinədə ki, Əhli-beytin əzəmət və isarı «Həl-əta» surəsi nazil oldu. Həmin Mədinədə idi ki, Peyğəmbər dəfələrlə Əhli-beyt barəsində xalqa tövsiyə etmiş, onların itaət və yoldaşlığını vacib buyurmuşdu. Elə həmin Mədinədə Peyğəmbər buyurdu:

«Əl Həsənu vəl Huseynu seyyida şəbabi əhlil cənnəti».
Həsən və Hüseyn behişt cavanlarının ağalarıdır. Həmin Mədinədə Peyğəmbər buyurdu:

«Əhəbəllahu mən əhəbbə Huseynən».
“Hüseyni sevəni Allah sevər.”

Bu gün isə Hüseynin Mədinədə qalmağa yeri yoxdur. Mədinənin qapı-pəncərələri, küçə və dalanları, yeri, göyü və hətta daşları da ağlayaraq onun karvanını yola salırdı. Onların hamısı onun babası, atası, anası, qardaşı, özü və ailəsindən yalnız lütf və mərhəmət görüblər.
İmam Hüseyn (ə) Allah kəlamını züm-zümə edərək, Musa peyğəmbər, Fironun zülmündən qurtarmaq üçün Məkkəyə tərəf hərəkət edərkən oxuduğu sözlərdən ibarət olan ayəni oxuya-oxuya babası Peyğəmbər (s) və anası Fatimənin (ə) məqbərəsi ilə vidalaşıb öz hicrətinə başladı.
nur-az.com
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031