Novruz – qəflətdən oyadan gün
Mьəllif: admin1
Tarix: 20-03-2023, 18:35
Novruz – qəflətdən oyadan gün
Zamanın keçməsinə baxmayaraq, insan qəflətdədir. İnsan qəflət yuxusundan ayılmır. Həyatdan ibrət götürməli olduğumuz məsələlər çoxdur, ancaq insan onlardan ibrət götürmür.

İmam Əli (ə) buyurur: “İnsanın öyüd və ibrət götürməli olduğu mövzu - zamanın keçməsidir”.

İmam Sadiqdən (ə) gələn hədisdə deyilir: “Adəm övladının daxil olduğu elə bir gün yoxdur ki, məgər həmin gün ona desin: mən sənin üçün yeni günəm. Mən Novruzam! Mən sənin üçün yeni günəm!

Mən, yəni zaman sənə şəhadət verənəm! Məndə xeyir iş gör. Mən Qiyamət günü sənin rəftarına şəhadət verəcəyəm və sən bundan sonra məni heç vaxt görməyəcəksən. Məgər Qiyamət günü”.

Günlər keçər və onların hamısı insan üçün şahiddirlər. Bizim fikirləşdiyimiz kimi deyildir. Bizim rəftar və əməllərimiz zaman ərzində məhv olmur. Əksinə onların hamısı qeydiyyata alınır.

Biz özümüz zamanı təşkil edənik. Bu cür deyildir ki, günlər keçsin və mən sabit qalam. Gün keçsin və mən sakit olam. Biz insanlar günləri təşkil edənlərik.

İmam Hüseyn ibni Əlidən (ə) nəql edirlər ki, buyurub: “Ey insan! Ey Adəm övladı! Sən ruzigarsan, sən günsən. Gün keçdikcə səndən bir miqdar azalar.

Bu cür deyildir ki, sən sabit qalasan və gün keçsin. Gün keçdikcə bizim də bir miqdarımız keçib gedir və biz azalırıq.

Hər il və ay ki, keçir, bizdən də il və ay keçir. Yəni hər gün, ay və il keçdikcə insanın varlıq və sərmayə mənbəyi olan ömrü də keçər”.

Bir il də keçdi, bu zaman keçdikcə mən hələ də varammı? Xeyr! Mənim bütün varlığım mövcud deyildir. İl keçdikcə mənim varlığımın bir hissəsi keçir.

Ona görə yaxşı olar ki, insan ömrünün azalmasına diqqət edib, ibrət götürsün. Bu ili ki, başa vurmusan, bu ildə nə etmisən?

Heç fikirləşmisənmi ki, nə qədər Allahı dərk edib, ona yaxınlaşmısan?

Mömin qardaşının nə qədər ehtiyacını ödəmisən və ona yardım etmisən?

Əgər insan həqiqi mənada özünü düzəltmək istəyirsə, bunun üçün ən yaxşı əməl - keçmişinə baxmaqdır. Xüsusilə də insana verilən fürsətlərdən necə yararlanmışdır. Qəflət yuxusundan ayılmışdır, yoxsa yox?

İmam Əlinin (ə) buyurduğu kimi keçmişinə baxmaq səbəb olacaqdır ki, insan gələcəyinin qeydinə qalsın. Ümid edirik ki, Allah bizə də keçmişimizdən ibrət götürərək, gələcəyimizi qurmaq üçün tofiq inayət edər.



(Deyerler.org)
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930