MƏHƏRRƏM AYININ ONUNCU GÜNÜ – AŞURA GÜNÜNÜN ƏMƏLLƏRİ
1. “Aşura” günü imam Hüseynin (ə) və vəfalı dostlarının şəhadət, imamların və şiələrin matəm və hüzn günüdür. Yaxşı olar ki, şiələr həmin günü dünya işləri ilə deyil, rövzə, növhə və mərsiyə deyib matəm saxlamaqla məşğul olsunlar.
İmam Rzadan (ə) belə nəql olunur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət hacətlərini rəva edər. Hər kəs bu günü imam Hüseynə (ə) matəm saxlayıb ağlasa, Allah-Taala qiyamətdə həmin günü onun üçün fərəh və sevinc günü qərar verər, behiştdə gözlərini bizimlə işıqlandırar. Hər kəs “Aşura” gününü bərəkət günü adlandırsa və həmin gün evində bir şey zəxirə etsə (qazanıb saxlasa), Allah-Taala zəxirə etdiyi (qazandığı) malı onun üçün bərəkətli etməz... Belə isə, insan “Aşura” günü dünya ilə bağlı heç bir iş görməsin, öz əziz övladının və qohum-əqrəbasına matəm saxlayıb ağladığı kimi, imam Hüseynə (ə) də matəm saxlayıb ağlamaqla məşğul olsun.” 2. İmam Hüseyni (ə) “Aşura” ziyarətnaməsini oxumaqla ziyarət etmək; 3. Aşura günü imam Hüseynin (ə) qatillərinə çoxlu lənət demək və o həzrətin matəminə görə şiələrin bir-birinə başsağlığı verib “İmam Hüseynin (ə) müsibətinə görə Allah sizə əcr versin!” – kimi ibarələri dilə gətirmək tövsiyə olunur. 4. İmam Hüseynin (ə) əzadarlarına, məxsusən zəvvarlarına su vermək; 5. “İxlas” surəsini təkrar-təkrar oxumaq; 6. Dörd rükət namaz qılmaq; 7. “Aşura” günü oruc niyyəti etmədən, axşamçağına qədər yeyib-içməkdən çəkinmək daha yaxşı olar. Günortadan sonra iftar etmək istədikdə, ləzzətli-dadlı yeməklər deyil, qatıq, süd və bu kimi sadə yeməklər yeyilsin. Əllamə Məclisi “Zadul-məad” kitabında yazır: “Yaxşı olar ki, “Tasua” və “Aşura” günləri oruc tutulmasın. Çünki Əməvilər sülaləsi bu iki gündə o həzrətin qətlə yetirildiyinə görə sevinərək oruc tutur, həmin günlərin fəziləti ilə bağlı saxta hədislər qondararaq Peyğəmbəri-Əkrəmə (s) nisbət verirdilər. Əhli-beyt (ə) vasitəsilə nəql olunan bir çox rəvayətlərdə həmin iki gündə, xüsusilə, “Aşura” günündə oruc tutmaq məzəmmət edilmişdir. İmam Rzadan (ə) belə nəql olunur: “Aşura günü oruc niyyəti etmədən (günortaya qədər) yemək-içməkdən çəkinsin. Günortadan sonra su şərbəti ilə iftar etsin və günün hamısını oruc qalmasın.” Əlbəttə, “nəzir” kimi vacib oruc müstəsnadır. 8. “Varis” ziyarətnaməsini oxumaq. Ziyarətnamənin mətni belədir: السَّلامُ عَلَيْكَ يَا وَارِثَ آدَمَ صَفْوَةِ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا وَارِثَ نُوحٍ نَبِيِّ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا وَارِثَ إِبْرَاهِيمَ خَلِيلِ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا وَارِثَ مُوسَى كَلِيمِ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا وَارِثَ عِيسَى رُوحِ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا وَارِثَ مُحَمَّدٍ حَبِيبِ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا وَارِثَ عَلِيٍّ أَمِيرِ الْمُؤْمِنِينَ وَلِيِّ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا وَارِثَ الْحَسَنِ الشَّهِيدِ سِبْطِ رَسُولِ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا ابْنَ رَسُولِ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا ابْنَ الْبَشِيرِ النَّذِيرِ وَ ابْنَ سَيِّدِ الْوَصِيِّينَ السَّلامُ عَلَيْكَ يَا ابْنَ فَاطِمَةَ سَيِّدَةِ نِسَاءِ الْعَالَمِينَ السَّلامُ عَلَيْكَ يَا أَبَا عَبْدِ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا خِيَرَةَ اللَّهِ وَ ابْنَ خِيَرَتِهِ السَّلامُ عَلَيْكَ يَا ثَارَ اللَّهِ وَ ابْنَ ثَارِهِ السَّلامُ عَلَيْكَ أَيُّهَا الْوِتْرُ الْمَوْتُورُ السَّلامُ عَلَيْكَ أَيُّهَا الْإِمَامُ الْهَادِي الزَّكِيُّ وَ عَلَى أَرْوَاحٍ حَلَّتْ بِفِنَائِكَ وَ أَقَامَتْ فِي جِوَارِكَ وَ وَفَدَتْ مَعَ زُوَّارِكَ السَّلامُ عَلَيْكَ مِنِّي مَا بَقِيتُ وَ بَقِيَ اللَّيْلُ وَ النَّهَارُ فَلَقَدْ عَظُمَتْ بِكَ الرَّزِيَّةُ وَ جَلَّ الْمُصَابُ فِي الْمُؤْمِنِينَ وَ الْمُسْلِمِينَ وَ فِي أَهْلِ السَّمَاوَاتِ أَجْمَعِينَ وَ فِي سُكَّانِ الْأَرَضِينَ فَاِنَّا لِلَّهِ وَ اِنَّا إِلَيْهِ رَاجِعُونَ وَ صَلَوَاتُ اللَّهِ وَ بَرَكَاتُهُ وَ تَحِيَّاتُهُ عَلَيْكَ وَ عَلَى آبَائِكَ الطَّاهِرِينَ الطَّيِّبِينَ الْمُنْتَجَبِينَ وَ عَلَى ذَرَارِيِّهِمُ الْهُدَاةِ الْمَهْدِيِّينَ السَّلامُ عَلَيْكَ يَا مَوْلايَ وَ عَلَيْهِمْ وَ عَلَى رُوحِكَ وَ عَلَى أَرْوَاحِهِمْ وَ عَلَى تُرْبَتِكَ وَ عَلَى تُرْبَتِهِمْ اللَّهُمَّ لَقِّهِمْ رَحْمَةً وَ رِضْوَانا وَ رَوْحا وَ رَيْحَانا السَّلامُ عَلَيْكَ يَا مَوْلايَ يَا أَبَا عَبْدِ اللَّهِ يَا ابْنَ خَاتَمِ النَّبِيِّينَ وَ يَا ابْنَ سَيِّدِ الْوَصِيِّينَ وَ يَا ابْنَ سَيِّدَةِ نِسَاءِ الْعَالَمِينَ السَّلامُ عَلَيْكَ يَا شَهِيدُ يَا ابْنَ الشَّهِيدِ يَا أَخَ الشَّهِيدِ يَا أَبَا الشُّهَدَاءِ اللَّهُمَّ بَلِّغْهُ عَنِّي فِي هَذِهِ السَّاعَةِ وَ فِي هَذَا الْيَوْمِ وَ فِي هَذَا الْوَقْتِ وَ فِي كُلِّ وَقْتٍ تَحِيَّةً كَثِيرَةً وَ سَلاما سَلامُ اللَّهِ عَلَيْكَ وَ رَحْمَةُ اللَّهِ وَ بَرَكَاتُهُ يَا ابْنَ سَيِّدِ الْعَالَمِينَ وَ عَلَى الْمُسْتَشْهَدِينَ مَعَكَ سَلاما مُتَّصِلا مَا اتَّصَلَ اللَّيْلُ وَ النَّهَارُ السَّلامُ عَلَى الْحُسَيْنِ بْنِ عَلِيٍّ الشَّهِيدِ السَّلامُ عَلَى عَلِيِّ بْنِ الْحُسَيْنِ الشَّهِيدِ السَّلامُ عَلَى الْعَبَّاسِ بْنِ أَمِيرِ الْمُؤْمِنِينَ الشَّهِيدِ السَّلامُ عَلَى الشُّهَدَاءِ مِنْ وُلْدِ أَمِيرِ الْمُؤْمِنِينَ السَّلامُ عَلَى الشُّهَدَاءِ مِنْ وُلْدِ الْحَسَنِ السَّلامُ عَلَى الشُّهَدَاءِ مِنْ وُلْدِ الْحُسَيْنِ السَّلامُ عَلَى الشُّهَدَاءِ مِنْ وُلْدِ جَعْفَرٍ وَ عَقِيلٍ السَّلامُ عَلَى كُلِّ مُسْتَشْهَدٍ مَعَهُمْ مِنَ الْمُؤْمِنِينَ اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ بَلِّغْهُمْ عَنِّي تَحِيَّةً كَثِيرَةً وَ سَلاما السَّلامُ عَلَيْكَ يَا رَسُولَ اللَّهِ أَحْسَنَ اللَّهُ لَكَ الْعَزَاءَ فِي وَلَدِكَ الْحُسَيْنِ السَّلامُ عَلَيْكِ يَا فَاطِمَةُ أَحْسَنَ اللَّهُ لَكِ الْعَزَاءَ فِي وَلَدِكِ الْحُسَيْنِ السَّلامُ عَلَيْكَ يَا أَمِيرَ الْمُؤْمِنِينَ أَحْسَنَ اللَّهُ لَكَ الْعَزَاءَ فِي وَلَدِكَ الْحُسَيْنِ السَّلامُ عَلَيْكَ يَا أَبَا مُحَمَّدٍ الْحَسَنَ أَحْسَنَ اللَّهُ لَكَ الْعَزَاءَ فِي أَخِيكَ الْحُسَيْنِ يَا مَوْلايَ يَا أَبَا عَبْدِ اللَّهِ أَنَا ضَيْفُ اللَّهِ وَ ضَيْفُكَ وَ جَارُ اللَّهِ وَ جَارُكَ وَ لِكُلِّ ضَيْفٍ وَ جَارٍ قِرًى وَ قِرَايَ فِي هَذَا الْوَقْتِ أَنْ تَسْأَلَ اللَّهَ سُبْحَانَهُ وَ تَعَالَى أَنْ يَرْزُقَنِي فَكَاكَ رَقَبَتِي مِنَ النَّارِ اِنَّهُ سَمِيعُ الدُّعَاءِ قَرِيبٌ مُجِيبٌ Əssəlamu ələykə ya varisə Adəmə səfvətillah, əssəlamu ələykə ya varisə Nuhin nəbiyyillah, əssəlamu ələykə ya varisə İbrahimə xəlilillah, əssəlamu ələykə ya varisə Musa kəlimillah, əssəlamu ələykə ya varisə İsa ruhullah, əssəlamu ələykə ya varisə Muhəmmədin həbibillah, əssəlamu ələykə ya varisə Əliyyin əmiril mu`mininə vəliyyillah, əssəlamu ələykə ya varisə Həsəniş-şəhidi sibti rəsulillah, əssəlamu ələykə yəbnə rəsulillah, əssəlamu ələykə yəbnəl bəşirin nəziri vəbnə səyyidil vəsiyyin, əssəlamu ələykə yəbnə Fatimətə səyyidəti nisail aləmin, əssəlamu ələykə ya əba Əbdillah, əssəlamu ələykə ya xiyərətəllahi vəbnə xiyərətih, əssəlamu ələykə ya sarəllahi vəbnə sarih, əssəlamu ələykə əyyuhəl vitrul məvtur, əssəlamu ələykə əyyuhəl imamul Hadiz zəkiyy, və əla ərvahin həllət bifinaik, və əqamət fi civarik, və vəfədət məə zuvvarik, əssəlamu ələykə minni ma bəqitu və bəqiyəl ləylu vən nəhar, fələqəd əzumət bikər-rəziyyətu və cəlləl musabu fil mu`mininə vəl muslimin, və fi əhlis səmavati əcməin, və fi sukkanil ərəzin, fəinna lillahi və inna iləyhi raciun, və sələvatullahi və bərəkatuhu və təhiyyatuhu ələyk, və əla abaikət tahirinət təyyibinəl muntəcəbin, və əla zərariyyihimul hudatil Məhdiyyin, əssəlamu ələykə ya məvlayə və ələyhim, və əla ruhikə və əla ərvahihim, və əla turbətikə və əla turbətihim, Əllahummə ləqqihim rəhmətən və rizvanən və rəvhən və rəyhana, Əssəlamu ələykə ya məvlayə ya əba Əbdillah, yəbnə xatəmin nəbiyyinə və yəbnə səyyidil vəsiyyin, və yəbnə səyyidəti nisail aləmin, əssəlamu ələykə ya şəhidu yəbnəş-şəhid, ya əxəş-şəhidi ya əbəş-şuhəda, Əllahummə bəlliğhu ənni fi hazihis saəti və fi hazəl yəvm, və fi hazəl vəqti və fi kulli vəqtin təhiyyətən kəsirətən və səlama, səlamullahi ələykə və rəhmətullahi və bərəkatuh, yəbnə səyyidil aləminə və ələl mustəşhədinə məək, səlamən muttəsilən məttəsələl ləylu vən nəhar, əssəlamu ələl Husəynibni Əliyyi-şəhid, əssəlamu əla Əliyyibnil Husəyniş-şəhid, əssəlamu ələl Əbbasibni Əmirilmu`mininəş-şəhid, əssəlamu ələş-şuhədai min vuldi Əmiril mu`minin, əssəlamu ələş-şuhədai min vuldil Həsən, əssəlamu ələş-şuhədai min vuldil Husəyn, əssəlamu ələş-şuhədai min vuldi Cə`fərin və Əqil, əssəlamu əla kulli mustəşhədin məəhum minəl mu`minin, Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd, və bəlliğhum ənni təhiyyətən kəsirətən və səlama, əssəlamu ələykə ya rəsulillahi əhsənəllahu ləkəl əzaə fi vələdikəl Husəyn, əssəlamu ələyki ya Fatimətu əhsənəllahu ləkəl əzaə fi vələdikil Husəyn, əssəlamu ələykə ya Əmirəl mu`mininə əhsənəllahu ləkəl əzaə fi vələdikəl Husəyn, əssəlamu ələykə ya əba Muhəmmədil Həsən, əhsənəllahu ləkəl ə`zaə fi əxikəl Husəyn, ya məvlayə ya Əba Əbdillah, əna zəyfullahi və zəyfuk, və carullahi və caruk, və likulli zəyfin və carin qira, və qirayə fi hazəl vəqt, ən təs`ələllahə subhanəhu və təala, ən yərzuqəni fəkakə təqəbəti minən nar, innəhu səmiud dua qəribun mucib. (Mənbə: “Məfatihul-cinan”, Şeyx Abbas Qummi, “Məhərrəm ayının əməlləri” bölümü.) Rza Şükürlü Oxşar xəbərlər
|