AŞURA GECƏSİNDƏ ZEYNƏB ŞƏFQƏTİ
Mьəllif: admin1
Tarix: 24-08-2022, 09:51
AŞURA GECƏSİNDƏ ZEYNƏB ŞƏFQƏTİ
O gecə hamı öz ilahi vəzifəsi ilə məşğul idi.

Aşura gecəsi son gecədir ki, İmam Hüseynin (ə) mübarək vücudu Əhli-beyt xeymələrinə nur saçır. O gecə hamı öz ilahi vəzifəsi ilə məşğul idi.

Bir hərəkat rəhbəri kimi, İmam Hüseynin (ə) məsuliyyəti hamıdan ağırdır. Ondan sonra isə, həzrət Zeynəb (s) İmamın vəfalı bacısı bu ağır və məsuliyyətli vəzifəni öhdəsinə götürmüşdü.

Təsəvvür etmirik ki, bu əzəmətdə ruh və bu əhəmiyyətdə vəzifəsi olan Zeynəbin, belə bir həssas zamanda Zeynəbin gözünə yuxu getmiş ola.

İmam Səccadın (ə) canını qorumaq, ona tibbi yardım göstərmək Aşura gecəsi və ondan sonra Zeynəbin ən böyük vəzifəsi idi. Bu köməklərdən bəziləri İmam Səccaddan nəql olunmuşdur.

Zeynəb düşmənin cinayət və zülmləri qarşısında imamət keşikçisidir. İmamət xətti həzrəti İmam Səccad (ə) vasitəsi ilə davam etməli idi. Və bəlkə elə ona görə də Allahın məsləhəti ilə xəstələnmişdi.

Düşmən istər Aşura günü, istərsə də ondan sonrakı mərhələlərdə dəfələrlə İmam Səccadın (ə) canına qəsd etməyə cəhd göstərmişdi, lakin hər dəfə də Zeynəbin amansız təzyiq və etirazlarına məruz qalmışdı.
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930