Haqqun-nas neçə cür olur? Həqqun-nası necə ödəmək?
Mьəllif: admin1
Tarix: 24-11-2021, 21:38
Haqqun-nas neçə cür olur? Həqqun-nası necə ödəmək?
Haqqun-nas Allah yanında xüsusi əhəmiyyətə malikdir. Əgər insan başqalarının haqqını əda etməzsə, tövbə etmədən bu dünyanı tərk edərsə, çox şiddətli əzaba düçar olar. Məgər o halda ki, haqq sahiblərini özündən razı salsın.

İnsanların bir-biri üzərində olan haqqına haqqun-nas deyərlər. Haqqun-nası vermək - Allahın haqqını verməkdən daha çətindir. Allah öz haqqından keçər, ancaq bəndələrinin haqqından keçməz. O kəs ki, insanların haqqını zay edər, gərək ciddi şəkildə tövbə etsin.

İnsanların haqqqını əda etsin. Peşmançılığını Allahın hüzurunda bəyan etsin. Əgər hər kim insanların haqqını əda etməzsə, axirətdə əzaba düçar olar.

Allah buyurur: "Biz (onların küfr halında) etdikləri (sədəqə, xalqa xidmət, xeyirli ixtiralar və bu kimi yaxşı) əməllərə üz tutacaq və onları (havada) dağınıq toz-torpaq edəcəyik”. ("Furqan” 23).

Quranın buyurduğu kimi bəzi insanlar qiyamət günü gördükləri xeyir işləri göyə sovrulmuş toz halında görəcəklər. Yəni yaxşı əməlləri batil olacaqdır. Onlar gördükləri bu yaxşı əməllərin səmərəsini görməyəcəklər.

İmam Səccaddan (ə) soruşurlar: "Əgər kimsə müsəlmanın haqqını zay edərsə, o müsəlman öz haqqını necə alacaqdır?”.

O Həzrət (ə) buyurur: "Qiyamət günü məzlumun haqqı qədər zalımın yaxşı əməllərindən götürülər və məzlumun əməlinə artırarlar”.

İmamdan (ə) soruşurlar: "Bəs zalımın həsənəsi olmasa necə?”

Buyurur: "Məzlumun günahlarını zalımın əməl dəftərinə keçirərlər”.

Haqqun-nas iki cür olur: abır haqqun-nası və mal-dövlət haqqun-nası.

Abır haqqun-nası.

Başqasının abırını aparmaq - haqqun-nasa səbəb olar. Gərək tövbə edəsən. Bu dil günahı - ən böyük günahdır. İnsanı Allaha seyr yolundan saxlayar. İnsanın abırını aparmaq malına xəyanət etməkdən daha ağır günahdır. Çünki mala dəyən ziyanı aradan qaldırmaq mümkündür.

Ancaq insanın abırına dəyən ziyanı aradan qaldırmaq olmaz. "(Ya Peyğəmbər,) de: «Sizə insanların (dünya) əməllər(i) baxımından ən çox ziyana uğrayanlarından xəbər verim?» Onlar, dünya həyatındakı (hər hansı bir xeyir işdəki) səyləri (küfrlərinə görə) puç olaraq yoxa çıxmış və yaxşı iş görmələrini sanan kəslərdir”. ("Kəhf” 103-104).

O kəsin ki, boynunda abır haqqı olarsa, əgər tövbə edər və özünü islah edərsə, Allah onu bağışlayar. O kəs ki, bu günaha düçar olub, dil və ürəyi ilə Allahdan bağışlanma istəsin və həmin günaha bir daha qayıtmayacağına görə ciddi qərara gəlsin.

Sonra çalışmalıdır ki, abrını apardığı insanın fəzilətləri haqqında cəmiyyətdə danışsın və heysiyyətini geri qaytarsın. Əlbəttə, o kəsin ki, qeybətini etmisən, onun üçün istiğfar etməyin zəruridir.

Peyğəmbərimiz (s) bu haqda buyurur: "Qeybətini etdiyin üçün nə zaman yadına düşsə, Allahdan bağışlanma istə”.

Ona görə də hər kim öz günahından peşman olar, Allahdan bağışlanma istəyərsə, şübhəsiz ki, Rəhim və Rəhman Allah onu bağışlayar.

Mal-dövlət haqqı.

Beytul-mala və insanların malına dəyən ziyana mal haqqun-nası deyilər. Bu, insanın qəlbini qəsavətli edər və daşlaşdırar. Dünyada çox narahat bir həyatı olar. Bərzəx və Qiyamətdə də giriftar olar. Axirət əzabından qurtulmaz.

İnsanların malına xəyanət etmək və onu zay etmək - insana çox bəlalar gətirər. Bu, günümüzdə cəmiyyətdə ən çox yayılan günahlardandır. İnsanların işini görməyi, sənədlərinə baxmağı təxirə salmaq, rüşvət almaq bir çox insanların qazancını haram edər. Bu yolla dünya və axirətləri məhv olar.

İmam Həsən Müctəba (ə) şəhadəti zamanı Cənadəyə buyurur: "Dünyan üçün elə iş gör ki, sanki həmişə sağ qalacaqsan. Axirətin üçün isə elə iş gör ki, sanki sabah öləcəksən”.

Bəndə bu günaha görə də tövbə etməli və peşman olmalıdır. Keçmişdə etdiyi günahları aradan qaldıracağına və ona qayıtmayacağına görə ciddi qərara gəlməlidir. Bacardığı qədər zay etdiyi malı ödəməyə çalışmalıdır.

Həzrət Peyğəmbər (s) buyurur: "Əməllər hesaba çəkilən zaman insanlardan bir qrupu haqqını zay edən başqa insanlardan haqqını istəyərlər. Allah ona xitab edər:

"Başını qaldır və behiştə nəzər sal”. Tələb edən baxar və deyər: "Ey Pərvərdigar! Şəhərlər görürəm ki, gümüşlə qaldırılmış və qızıldan olan qəsrlər mirvari ilə bəzədilmişdir. Bu şəhərlər və qəsirlər hansı peyğəmbərə, ya şəhidə aiddir?”

Allah Təala buyurur: "O kəsindir ki, onun qiymətini ödəmişdir”. Bəndə soruşar: "Onun qiyməti neçədir?”

Allah buyurar: "Qiyməti odur ki, sən qardaşını bağışlayasan”. Bu zaman bəndə deyər: "Mən qardaşımı bağışladım”. Allah da hər ikisini behiştə rəvanə edər.”

Heç kim deməməlidir ki, mənim tövbəmin heç bir faydası yoxdur. Elə bir günah işlətmişəm ki, onu tövbə ilə yumaq olmaz. Xeyr, əsla belə deyildir.

Allah hər bir günaha görə bəndəsini bağışlayar. Hətta haqqun-nasa görə. Əgər həqiqətən peşman olubsa, günahını tərk edib və Allaha tərəf qayıdıbsa, şübhəsiz ki, bağışlanmış olar. Ancaq çalışaq ki, heç kimin haqqı boynumuzda olmasın.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930