Üç şəhid vermiş qadının heyrətləndirici sözləri
Mьəllif: admin1
Tarix: 1-08-2021, 21:48
Üç şəhid vermiş qadının heyrətləndirici sözləri

Ühüd savaşında çoxlu sayda müsəlman şəhid oldu. Rəsuli Əkrəm (s) və həzrə Əli (ə) ağır yaralandılar. Düşmənlər Peyğəmbərin (s) öldürülməsi haqda şayiə yaydılar.

Bu xəbər Mədinə qadınlarını çox narahat etdi. Onlar evlərindən çıxıb bu məlumatı araşdırmağa başladılar. Bu zaman qadınlardan biri cavan oğlanın döyüş meydanından qayıtdığını gördü. Onun qabağına qaçıb soruşdu: "Peyğəmbərdən (s) nə xəbər var?”

Həmin gənc Peyğəmbərin (s) sağ-salamat olduğunu bildiyinə görə qadının verdiyi suala cavab vermək əvəzinə dedi: "Ey bacım! Sizin atanız şəhid oldu”.

Ənsardan olan qadın bir azca narahat oldu və özünə gələndən sonra yenə soruşdu: "Peyğəmbərdən (s) nə xəbər var?”

Cavan oğlan ikinci dəfə həmin sualın cavabını verməyib əvəzində dedi: "Bacım, sizin qardaşınız da şəhid oldu”.

Qadın yenə də bir azca kədərləndi, ancaq özünə gələndən sonra soruşdu: "Səndən soruşuram, görəsən Peyğəmbər (s) sağdır?”

Cavan yenə də qadının cavabını verməyərək: "Ey bacım! Sizin əriniz də şəhid oldu” dedi.

Ənsar qadını bu dəfə qəzəblə: "Mən qohumlarından kimin öldüyünü və kimin salamat qaldığını bilmək istəmirəm. Xahiş edirəm ki, Peyğəmbər (s) barəsində mənə bir söz deyəsən”.

Yalnız bundan sonra o kişi cavab verdi: "Peyğəmbər (s) sağ-salamatdır”.

Bu sözlərdən sonra qadının üzü güldü və söylədi: "Bizim verdiyimiz qurbanlar hədər getmədi”.[1]



www.ahliman.info
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031